vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9292 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1461 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3157 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
22:18 | 10 iyun 2018 | Bazar Məqaləyə 472 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kərə yağı niyə bahalaşır?

İdxal rüsumunun aşağı salınmasında udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılar olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb ki, ötən ay ərzində mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının qiymətlərində ucuzlaşma, toyuq ətinin, zeytun və kərə yağlarının, qəhvə və çayın qiymətlərində isə bahalaşma qeydə alınıb.

İqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, DSK-nın məlumatında 2 məqama diqqət yetirmək lazımdır: “1-si ucuzlaşma ilə bağlıdır. Mənim müşahidələrimə görə, mal və qoyun ətinin, yumurtanın, şəkər və şəkər tozunun qiymətlərində də bahalaşma davam edib. Ötən aydan bahalaşan yumurtanın 1 ədədinin qiyməti hazırda 20 qəpikdir.

İkinci maraqlı məqamlardan biri odur ki, kərə yağlarının qiymətində davamlı olaraq artım müşahidə olunur və bunu DSK da təsdiq edir. Halbuki, ötən ilin dekabrın 7-dən Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə dəyişiklik edərək, kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. Ondan əvvəl isə idxal rüsumu 15 faiz təşkil edirdi. Bu qərar 2019-cu ilin dekabrın 31-dək qüvvədə olacaq. Göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə rüsumun dərəcəsi 3 dəfə endirilsə də, kərə yağının qiymətində ucuzlaşma qeydə alınmadı, əksinə bahalaşma müşahidə olundu. Bu isə onu deməyə əsas verir ki, kərə yağının qiymətinin bahalığı idxal rüsumun dərəcəsinin yüksək olması ilə deyil, başqa səbəblərlə bağlıdır”.

Ekspert deyir ki, əslində Nazirlər Kabinetinin müvafiq qərarı ilə endirilən rüsumlar nəticəsində 6 aydır ki, udan idxalatçılar, uduzan isə büdcə və istehlakçılar olub.

“Belə ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur. Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür. Yeni Zelandiyadan gətirilən kərə yağı isə bazarı bölüşdürən bir neçə şirkətin oliqopliyasındadır. Onlar da öz aralarında qiymət razılaşmasına getməklə, kərə yağının nəinki ucuzlaşmağa qoymur, əksinə bahalaşdırırlar. Odur ki, yeni yaradılan, amma hələ də rəhbəri təyin olunmayan istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edərək, onları yağın qiymətinin bahalaşmasında inhisaraşma meyllərini gücləndirən oliqopol şirkətlərə qarşı qanunvericiliyi tələblərinə uyğun tədbirlər görməyə çağırıram”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *