vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
15:42 | 11 iyun 2018 | Bazar ertəsi Məqaləyə 1533 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Parklanma yerləri ləğv ediləcək

Tıxaclara qarşı 11 yolda genişmiqyaslı işlər başlayır

“Bakı şəhərində əsas nəqliyyat yükünü özündə cəmləşdirən 11 arterial yolda geniş miqyaslı işlərə start veriləcək”. Vaxt.az APA-ya istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, bu 11 yol 16 yol birləşməsini əhatə edir.

“Aparılan təhlillər onu göstərir ki, bu yolların kifayət qədər geniş olmasına, parametrlərinin orada nəqliyyat vasitələrinin rahat, maneəsiz hərəkət etməsinə imkan verməsinə baxmayaraq, təəssüf ki həmin yollarda olan qanunsuz parklanmalar və digər nişanlamalar, işıqforlarda olan müəyyən nöqsanlar həmin yolları keçilməz edir. Biz düşünürük ki, bu 11 yolda ilk növbədə parklanmanı ləğv etməklə, qadağan etməklə müsbət nəticələr əldə etmək mümkündür. İlkin hesablamalara görə, parklanmaların olmadığı həmin yollarda mövcud hərəkət zolaqları üzrə nəqliyyat vasitələri rahat şəkildə hərəkət edə bilərlər”, - M.Ağayev əlavə edib.