vaxtlı-vaxtında oxuyun! Bazar, 23 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0024 AZN
Rusiya rublu 1 RUB = 0.0256 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2562 AZN
Türk lirəsi 1 TRY = 0.2727 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
15:54 | 11 iyun 2018 | Bazar ertəsi Məqaləyə 395 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyan özünü korluğa vurub?

Yeni baş nazirin “xərçəng şişini görməməzliyi” fəlakət vəd edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlarda separatist rejimin iştirakının vacibliyi barədə kəskin bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini sual altına qoyur. Bir müddət əvvəl Azərbaycan, eləcə də bütün region hakimiyyət dəyişikliyi ilə Ermənistanın sağalacağına az da olsa ümid bəsləyirdi. Lakin bu cür bəyanatlar və işğal altında olan Dağlıq Qarabağın müstəqil subyekt kimi təqdim edilməsi qəzəb hissi yaratmaqla qeyri-subyektivliyi nümayiş etdirir. Bu barədə Milli.Az-a siyasi analitik Cavid Məmmədzadə bildirib.

Onun fikrincə, bu cür kəskin bəyanatın səbəbini anlamaq olar: “Xatırlayaq ki, Paşinyan ilk rəsmi səfərini adətə çevrildiyi kimi, Rusiyaya deyil, Gürcüstana etdi. Bununla da, ənənəvi Ermənistan-Rusiya münasibətlərini rədd edib Aİ-yə istiqamətlənmiş fərqli siyasi kursunu göstərdi.

Bundan başqa, yeni iqtidar dövründə təyin edilmiş nazirlər “Soros” Fondunun keçmiş, təbii ki, qərbyönümlü əməkdaşlarıdır. Avropa İttifaqı əmin-amanlıq və sülh tərəfdarı olduğu üçün Paşinyan Qərblə, daha doğrusu Aİ ilə yaxınlaşmaq naminə münaqişə vəziyyətindən “qurtulmalıdır”.

Avropa İttifaqı ilə əlaqə qurmaq istəyən ölkənin ərazi problemi, digər ölkə ilə hərbi münaqişəsi olmamalı, yaxud da Gürcüstanın misalında olduğu kimi güzəştə getməlidir. Lakin Ermənistan təcavüzkar ölkə olduğu üçün işğal olunmuş torpaqları qaytarsa, Paşinyan öz hökumətinə son qoymuş olacaq. Buna görə Ermənistan münaqişəni tezliklə münaqişədən “qurtulmağa” və guya Dağlıq Qarabağın Ermənistana heç bir aidiyyəti olmadığını nümayiş etdirməyə çalışacaq. Yəni ki, qoy Azərbaycan separatçılarla özü danışıqlar aparsın”.

Lakin siyasətşünas qeyd edib ki, Ermənistanın baş naziri arqumentlərinin əsassız olduğu barədə düşünməlidir: “Birincisi, onun dediyi bu “respublika”nı dünya ölkələrinin tanıması gərəkdir. Amma Dağlıq Qarabağı Ermənistan da daxil olmaqla heç bir ölkə tanımır. Danışıqları separatçılara həvalə edirsə, onda Paşinyayn özü bu qondarma rejimi dövlət kimi tanımalıdır. Bu isə danışıqlara son qoyulması, müharibənin başlanması və Aİ ilə vidalaşmaq deməkdir. İkincisi, əgər Paşinyan Dağlıq Qarabağa müstəqil subyekt kimi baxırsa, onda Ermənistan Silahlı Qüvvələrinin Qarabağda nə işi var? Bu halda Ermənistan öz ordusunu müstəqil hesab etdiyi “respublika”nın ərazisindən çıxarmalı, vətəndaşlarını Dağlıq Qarabağa hərbi xidmətə göndərməyi dayandırmalı, separatçı rejimin büdcəsinin təmin edilməsi və formalaşdırılmasında iştirakdan əl çəkməlidir. Yalnız bundan sonra Azərbaycan öz ərazi münaqişəsini lokal səviyyədə həll etməklə separatçılarla danışıqlar apara bilər.

Üçüncüsü, Paşinyanın “Dağlıq Qarabağın Azərbaycanlı icması Azərbaycana gəldikdən sonra buranın vətəndaşı olduğu üçün danışıqlarda çıxış etməməlidir” kimi bəyanatı isə tamamilə cəfəngiyatdır. Azərbaycanlı əhali Azərbaycanın tərkibindən çıxmaq üçün səs verməyib, Dağlıq Qarabağın oyuncaq hökumətini seçməyiblər. Əksinə, onlar yerli əhali olmaqla öz torpaqlarından qovulub və onlara qarşı soyqırımı törədilib.

Yuxarıda göstərilən arqumentlər qarşısında Paşinyanın bəyanatları əsassızdir. Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda birbaşa iştirakdan qaçmaq cəhdi isə bədəndə olan xərçəng şişini görməməzliyə vurmaq və axırda onun qurbanı olmağa bərabərdir. Əgər baş nazir Paşinyan bunu anlamırsa, çantasını belinə alıb siyasətdən getməlidir!"

İlkin İZZƏT

 

 

İsraildən yeni alınan ən müasir “LORA” operativ-taktiki raketləri Azərbaycanın hərbi bazasında

Xəbər verildiyi kimi bu gün prezident İlham Əliyev raket qoşunlarının yeni hərbi bazasının açılışını edib. Həmin bazada Belarusdan alınan “Polonez” raket kompleksləri ilə yanaşı “LORA” operativ-taktiki raket kompleksləriə də dislokasiya olunub. Bu haqda “Azərtac”ın məlumatında deyilir. Hərbi bazadan çəkilmiş fotolara əsasən "lORA" raketlərinin 4 konteynerdən ibarət buraxılış-daşıyıcı paketi Belarus istehsalı olan "Volat" avtomobilinin şassisi üzərində yerləşdirilib.

Virtualaz.org “Polonez” raket komplekslərinin taktiki-texniki göstəriciləri, döyüş imkanları barədə artıq bəhs edib. “LORA” operativ-taktiki raket kompleksləri isə necə deyərlər, ilk dəfədir Azərbaycanda “gün işığına” çıxır.

İnternet mənbələrində yer alan informasiyalara görə “LORA” (Long-Range Artillery Missile) İsrailin istehsal etdiyi ən müasir operativ-taktiki raketlərdir. Bu raketlərin işlənib hazırlanmasını “İsrael Aircraft İndustries” korporasiyası həyata keçirib, istehsalçı isə “İsrael Aerospace İndustries” korporasiyasıdır.

Raketlər hermetik bağlı nəqliyyat-buraxılış konteynerlərində yerləşdirilir və səhra şəraitində saxlama müddəti 7-10 ildir. Kompleks dörd buraxılış-nəqliyyat konteynerindən ibarət paket halında daşınır. Həm təkərli şassilər üzərində, həm gəmilərdə quraşdırmaq mümkündür.

Bu raketlər düşmən ərazisinin dərinliklərində infrastruktur obyektlərini, hərbi bazaları, Hava Hücumundan Müdafiə batareyalarını və s. yüksək dəqiqliklə məhv etmək üçündür. Raketin döyüş başlığı 570 kiloqramdır. (“Azərtac”ın məlumatında isə 240 kiloqramlıq döyüş başlığından söhbət gedir.)

Öz göstəricilərinə görə “LORA” ABŞ-ın ATACMS operativ-taktiki raketlərinə və Rusiyanın “İsgəndər-E” operativ-taktiki raketlərinə yaxındır, yaxud onlarla eyni sinif raketlər hesab edilir.

Raketin işlənib hazırlanması böyük məxfilik şəraitində həyata keçirilib. Yalnız 2003-cü ildə İsrailin peyk telekanallarından biri təsadüfən raketin sınaqlarından görüntüləri sızdırıb. Bundan sonra “LORA” raket kompleksləri üzərindən məxfilik pərdəsi qaldırılıb, 2004-cü ildə raketlər İsrail ordusunun quru qoşunlarının, daha sonra hərbi dəniz qüvvələrinin silahlanmasına daxil edilib. Türkiyə və Hindistanın İsraildən bu raketləri almağa maraq göstərdiyi haqda məlumatlar var, lakin bu sövdələşmələr baş tutmayıb. Ona görə də Azərbaycan İsraildən “LORA” raketlərini alan ilk ölkə hesab edilə bilər.

“LORA” raketlərinin uçuş məsafəsi 400 kilometrə yaxındır, (“Azərtac”ın versiyasında bu məsafə “300 km-dən yuxarı” olaraq göstərilir) raketlər hədəfi 10 metr dəqiqliklə vurur. Raketlər hazırlıqsız döyüş mövqelərindən də buraxıla bilər. Yeri məlum olan istənilən obyekt hücum barədə qərar veriləndən 10 saniyə sonra “LORA” tərəfindən vurulur.

“LORA” raketləri uçuş trayektoriyasına görə ballistikdir, ancaq raketdən müdafiə sistemlərindən yayınmaq üçün proqramlaşdırılmış və ya ixtiyari manevrlər edə bilir. Bu səbəbdən onu kvaziballistik raket də adlandırırlar. Raket həm GPS sistemi, həm operator tərəfindən idarə edilə bilər. Dörd konteynerdən ibarət buraxılış qurğusu adi yük maşınının və ya treylerin şassisində yerləşdirilir.

İsrail ordusu “LORA” raketlərini Suriyada İran hərbi bazalarını vurmaq üçün dəfələrlə istifadə edib. Ötən ilin sonlarında bu raketlərdən birinin Rusiyanın “Pantsir-S” artilleriya-raket kompleksi tərəfindən vurulduğu haqda məlumatlar yayılsa da İsrail tərəfi bu məlumatı şərh etməyib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan İsraildən 150 km. mənzilli “Extra” operativ-taktiki raketlərini alıb. Bu raketlərin bir hissəsi Naxçıvanda yerləşdirilib və oradan Ermənistan paytaxtını vurmaq imkanındadır.

Beləliklə, Azərbaycan regionda Rusiyadan və İrandan sonra ən güclü raket potensialına malik olan ölkəyə çevrilib. Ordumuzun silahlanmasında nəinki son vaxtlara qədər Ermənistanın hər fürsətdə lovğalandığı, 250 km. mənzilli “İsgəndər-E” raketləri ilə müqayisə oluna bilən, eyni döyüş imkanlarına görə ondan daha üstün olan və daha uzaq məsafəli operativ-taktiki raketlərin ən azı iki tipi mövcuddur.

 

F.Məmmədov


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *