vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
09:46 | 12 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 2308 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yəhudilər Azərbaycan məsələsində yekdildir”

İsrailin vitse-spikeri: “İkinci bir dövlət yoxdur ki, etibarlı və səmimi müttəfiq kimi qəbul edək”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Yəhudilər hər şey barədə mübahisə edə bilərlər və demək olar ki, bütün məsələlərdə diametral zidd mövqelərə malikdirlər. Lakin bütün yəhudi xalqı bir məsələdə yekdildir – bu, Azərbaycana strateji dəstəkdir”, - bunu AZAL dövlət konserninin vitse-prezidenti Eldar Hacıyevlə görüşdə İsrail Dövləti Knessetinin (parlamentinin) vitse-spikeri Yahiel Bar deyib. Bu barədə Azərbaycan nümayəndə heyətini Qüdsdə keçirilən görüşlərdə müşayiət edən virtualaz.org-un rəhbəri Eynulla Fətullayev xəbər verir.

Qeyd edək ki, AZAL dövlət konserninin vitse-prezidenti Eldar Hacıyev, Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov və “Silk Way” holdinqinin vitse-prezidenti Teymur Məmmədovdan ibarət nümayəndə heyəti İsrail hökumətinin nümayəndələri ilə görüşlərini Azərbaycana turistlərin cəlb edilməsi və sərnişin və yük daşımalarının həcminin artırılması məqsədilə keçirirlər.

Azərbaycan nümayəndə heyəti ilə görüşdə vitse-spiker Yahiel Bar deyib: “İnandırıram ki, İsrail parlamentinin deputatlarının hamısı Azərbaycanın milli və dövlət maraqlarını müdafiə edən, dövlətinizin inkişafına xidmət edən istənilən təşəbbüsə səs verməyə hazırdırlar. Belə ki, Azərbaycan bizim strateji tərəfdaşımızdır. Dünyada Azərbaycan kimi ikinci bir dövlət yoxdur ki, İsrail tərəfindən bu cür səmimi olaraq etibarlı və səmimi müttəfiq kimi qəbul edilsin”.

Vitse-spikerin sözlərinə görə, o, Azərbaycana səfər etmək arzusundadır: “Təəssüf ki, bu günə kimi Bakıda ola bilməmişəm. Nəyə görəsə alınmayıb. Lakin ümidvaram ki, yaxın zamanlarda Azərbaycan parlamentinin üzvləri ilə qarşılıqlı əlaqələr çərçivəsində Azərbaycana səfər edə biləcəyəm”.

Vitse-spiker həmçinin azərbaycanlı deputatları Knessetlə əməkdaşlığı genişləndirməyə və dünya miqyasında Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün israilli həmkarlarının təcrübəsindən istifadə etməyə çağırıb.

Y.Bar E.Hacıyevi əmin edib ki, Azərbaycan aviaşirkətinin İsrail bazarında mövqelərinin genişləndirilməsi üçün səylərini əsirgəməyəcək: “Təkrar edirəm, Azərbaycan bizim ən qiymətli müttəfiqimizdir və biz sizə hər sahədə kömək etməyə hazırıq”.

Öz növbəsində E.Hacıyev vitse-spikerə mehriban qəbul və Azərbaycan dövlətinin və hökumətinin ünvanına söylədiyi səmimi sözlərə görə minnətdarlıq edib.

Görüşdə “Silk Way” holdinqinin birinci vitse-prezidenti Teymur Məmmədov da iştirak edib.