vaxtlı-vaxtında oxuyun! Bazar, 24 iyun 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9745 AZN
Rusiya rublu 1 RUB = 0.0267 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2548 AZN
Türk lirəsi 1 TRY = 0.3585 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
11:16 | 12 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 275 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Biz niyyətləri reallığa çeviririk”

Avropa Komissiyasının vitse-prezidenti: “Enerji birliyi Aİ sərhədlərində dayanmır”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan Transanadolu qaz kəmərinin (TANAP) rəsmi açılışına bu layihənin reallaşdırılmasında əsas mərhələ kimi baxılır”. Bunu “Trend”ə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

M.Şefçoviç qeyd edib ki, TANAP Cənubi Qafqaz boru kəməri və Transadriatik qaz kəməri (TAP) ilə birgə “Cənub Qaz Dəhlizi”nin ayrılmaz hissəsidir:

“Buna görə də Transanadolu qaz kəmərinin rəsmi açılışı mühüm mərhələdir. Belə ki, bu hissə ticari əsasda Xəzər regionundan qazı Türkiyəyə nəql etməyə imkan verəcək. Başqa sözlə, biz enerji birliyi çərçivəsində niyyətləri reallığa çeviririk və real nəticələr əldə edirik”.

O bildirib ki, Avropaya enerji resursları tədarükünün təchizatçıları və marşrutlarını şaxələndirməyə xidmət edən “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının enerji təhlükəsizliyi üçün mühüm strateji layihədir:

“Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarları arasındakı bu “körpü”dən qazanırıq. Bizim uzunmüddətli məqsədimiz azad ticarətə, rəqabətə və tədarüklərin, mənbə və marşrutların şaxələndirilməsinə əsaslanan ümumavropa enerji bazarı yaratmaqdır. Bu, onu göstərir ki, enerji birliyi Aİ sərhədlərində dayanmır və güclü xarici ölçüyə malikdir”.

Qeyd edək ki, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.

Xatırladaq ki, mayın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” layihəsinin təntənəli açılış mərasimi keçirilib. İyunun 12-də isə TANAP istismara veriləcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *