vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
11:21 | 12 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 1837 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Inın sonunun başlanğıcı”

Politoloq: “ABŞ artıq növbəti hədəflər üzərində işləyir”

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın Sinqapurda görüşü və imzaladıqları anlaşma mənə 1980-ci illərin ortalarında Amerikanın keçmiş prezidenti Ronald Reyqanla SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun görüş və imzaladıqları anlaşmanı xatırladır. ABŞ və SSRİ yol getmirdilər, dünyanı iki yerə - “mənimkilər” və “sizinkilər”ə bölmüşdülər. O zaman da Vaşinqton Moskvanın saqqızını oğurladı, başını tumarladı və ... böyük imperiyanı tarixin arxivinə göndərdi.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, Şimali Koreya lideri Vaşinqtona hələ təslim olmasa da, ancaq ilk təmas avtoritar üsullarla idarə edilən rejim üçün sonun başlanğıcı ola bilər: “Amerikada bu məqsədlə yüzlərlə beyin mərkəzi işləyir. Elə Sinqapurdakı görüşün baş tutmasında və Kim Çen Inın hansı üsullarla yola gətirilməsində həmin beyin mərkəzlərinin payı az deyil. Onlar indi növbəti hədəflər üzərində işləyirlər”.