vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
11:24 | 12 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 1912 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yekun sənəddə nələr var?


Trampla Kim arasında tarixi görüş 48 dəqiqə çəkdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş baş tutub. Virtualaz.org-un məlumatına görə, danışıqlar Sentosa adasındakı “Kapella” hotelində keçirilib.

D.Tramp və Kim Çen In bir-birilərinin əlini sıxıblar. ABŞ prezidenti qarşıdakı görüşün uğurlu olacağına əmin olduğunu bildirib. Kim Çen In isə qeyd edib ki, tarixi görüşün gerçəkləşməsi üçün hər iki ölkə bir çox çətinliklərin öhdəsindən gəlib. Görüş 48 dəqiqəyə yaxın davam edib.

Təkbətək görüşdən sonra liderlərin geniş tərkibli görüşü olub. Söhbət zamanı tərəflər Vaşinqton və Pxenyan arasında yeni əlaqələrin formalaşması, Koreya yarımadasında davamlı və daimi sülhün yaradılması, yarımadada nüvəsizləşdirmə prosesinin gerçəkləşməsi məsələlərini müzakirə ediblər.

Bundan sonra ölkə rəhbərləri nümayəndə heyətləri ilə birgə işçi naharda iştirak ediblər.

Daha sonra keçirilən görüşlərin yekunlarına dair sənəd imzalanıb.

D. Tramp imzalanmadan sonra bildirib ki, bu, hərtərəfli əməkdaşlığa dair sənəddir: "Biz Koreya yarımadasının nüvəsizləşdirilməsinə doğru sürətli addımlayırıq. Dünya və Şimali Koreya arasında münasibətlər bu sənədin imzalanmasından sonra tam dəyişəcək. Biz dünya üçün çox böyük və çox təhlükəli problemin həllinə çalışacağıq”.

Şimali Koreya liderini Ağ Evə dəvət edən Tramp bu gün Sinqapurda baş verənlərdən qürur duyduqlarını dilə gətirib. O, Kim Çen Inla bundan sonra da görüşlər keçirəcəyini bildirib.

 

***

 

00:35

Çərşənbə axşamı Sinqapurda ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında təkbətək görüş Bakı vaxtı ilə 05:15-də başlayacaq və 45 dəqiqə davam edəcək.

Bu barədə Amerika liderinin Ağ Ev tərəfindən dərc olunan gündəlik cədvəlində qeyd olunub.

Ardınca bir saat yarım ərzində geniş tərkibdə danışıqlar aparılacaq. Bu görüş Bakı vaxtı ilə 07:00-da bitəcək. Daha sonra ABŞ və Şimali Koreya liderləri işgüzar nahar edəcəklər.

Üç saatdan sonra, yəni Bakı vaxtı ilə 12.00-da Amerika lideri həmkarı ilə aparılacaq danışıqların yekunlarına dair mətbuat konfransı keçirəcək.

Tramp jurnalistlərlə görüşdən sonra hava limanına yollanacaq.