vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
15:43 | 12 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 1110 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyan hökuməti Kremlə qarşı

Erməni nazir yenidən rus dilinə qarşı kampaniyaya başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın elm və təhsil naziri Araik Arutyunyan yenidən rus diliylə bağlı xəbərdarlıq yayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, xəbərdarlığını öz “Facebook” səhifəsində yayan Arutyunyan xüsusilə əmlaklarını icarəyə verən sahibkarlar və mehmanxana sahiblərinə üz tutub. Arutyunyanın sözlərinə görə, bu ərazilərdə hər hansı tədbirlərin keçirilməsi zamanı mütləq şəkildə sinxron tərcümələr həyata keçirilməlidir. O, tezliklə, buna əməl etməyən təşkilatçılar və əmlak sahiblərinin sərt şəkildə cəzalandırılması təşəbbüsü ilə çıxış edəcəyini deyib.

Qeyd edək ki, bundan öncə Arutyunyan əhaliyə xəbərdarlıq göndərərək, Təhsil Nazirliyinin elektron poçtuna məktubların yalnız erməni dilində göndərilməsini tələb etmişdi.