vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 10 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9335 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1717 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3185 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
OLAY  
17:58 | 8 iyun 2018 | Cümə Məqaləyə 342 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə

Bakıda ən böyük “Libraff Park Akademiya” kitab mağazasının açılışı və “TEAS Press” nəşrlərinin təqdimatı keçirilib

Bakıda “Libraff Park Akademiya” kitab mağazasının açılışı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “TEAS Press” tərəfindən nəşr edilmiş kitabların təqdimatına həsr olunmuş mərasim keçirilib.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, millət vəkilləri və ədəbi ictimaiyyətin nümayəndələri, elm, mədəniyyət xadimləri iştirak edib.

Tədbirdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov çıxış edərək bildirib ki, açılışı keçirilən bu mağaza “Libraff”ın Azərbaycandakı ən böyük kitab mağazasıdır: “Libraff” mağazaları Bakının müxtəlif yerlərində, ticarət mərkəzlərində, hava limanında və Gəncədə oxucuların ixtiyarına verilib”.

Vurğulandı ki, “Libraff” təkcə kitab mağazası deyil, çoxfunksiyalı layihədir: “Kitab satışı ilə bərabər, Azərbaycanda ədəbiyyatın və mütaliənin inkişaf etdirilməsi layihənin əsas funksiyalarından biridir. Burada oxucular yalnız kitab almaq deyil, eyni zamanda mütaliə etmək imkanı əldə edəcəklər. Bu layihə ilə Azərbaycanda kitab ticarətinin inkişafını da qarşımıza məqsəd qoymuşuq. İnanırıq ki, bura oxucuların sevimli məkanlarından birinə çevriləcək”.

Bildirilib ki, “Libraff” kitab mağazalarının təşkilində “TEAS Press”in yaradılmasının böyük rolu olub. Nəşriyyat evinin kitabları, o cümlədən “Üç alma” və “Yay” brendləri oxucular arasında rəğbət qazanıb.


Cümhuriyyətin 100 illiyi ilə əlaqədar nəşr olunan kitablar barədə məlumat verən TEAS sədri qeyd edib ki, bu nəşrlər ölkə başçısı tərəfindən elan edilən “Azərbaycan Xalq Cümhuriyyəti ili”nə töhfədir.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev “Libraff” kitab mağazasının açılışının Azərbaycan ədəbiyyatı və oxucular üçün əlamətdar hadisə olduğunu deyib: “Belə gözəl kitab mağazasını bizə bəxş edən insanları və oxucuları təbrik edirəm. Bu məkan çox gözəl zamanda, Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqəli tədbirlər çərçivəsində fəaliyyətə başlayır. Kitab cəmiyyətdə çox vacib rol oynayır. Kitab nəsildən-nəslə vasitədir. İnanıram ki, burda təkcə kitab satışı həyata keçirilməyəcək, eyni zamanda gözəl tədbirlər, imza günləri təşkil olunacaq. Bunun üçün burda bütün imkanlar var. Müasir Azərbaycanın inkişafında yüksək standartlara cavab verən belə bir kitab mağazasının açılması həm də intellektual göstəricidir”.


Xalq yazıçısı Çingiz Abdullayev də “Libraff” kitab mağazasının açılmasını ədəbiyyat adamları, yazıçılar və oxucular üçün xoş bir hadisə kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycanın inkişafı eyni zamanda insanların mütaliə mədəniyyətinin yüksəldilməsindən, kitab mağazalarının çox olmasından asılıdır: “Uşaqlarımız kitab oxumasa, gələcəyimiz olmayacaq. Mən hələ neçə il əvvəl inanırdım ki, gec-tez Bakıda bu cür gözəl kitab mağazaları açılacaq”.

Daha sonra Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş kitabların təqdimatı keçirilib. “TEAS Press”in bölmə rəhbəri, professor Kərim Şükürov Xalq Cümhuriyyəti ilə bağlı Türkiyə arxivlərinin materialları və Osmanlı dövrü mətbuatı əsasında hazırlanan dörd toplu, eləcə də 1923-1927-ci illərdə İstanbulda Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə nəşr olunmuş “Yeni Kafkasya” dərgisinin materiallarının yer aldığı dördcildlik haqqında ətraflı məlumat verib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *