vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
10:52 | 15 iyun 2018 | Cümə Məqaləyə 2109 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moskva Kiyevdən ehtiyat edir?

Rusiya gəmiləri döyüşə hazır vəziyyətə gətirildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Qara dəniz və Krım hərbi dəniz donanmasının qüvvələri ölkədə futbol üzrə dünya çempionatının keçirilməsi fonunda döyüş hazırlığı vəziyyətinə gətirilib.

“Reuters”in Rusiyadan olan hərbi mənbələrə istinadən məlumatına görə, dünya çempionatı ərzində Ukrayna tərəfindən təxribatın törədiləcəyini gözlənilir. Belə ki, mənbə Kiyevin turnir ərəfəsində Azov dənizi və Qara dənizdə hərbi iştirakını artırdığını iddia edir.

Ukrayna hökuməti qeyd olunan su hövzələrinə əlavə hərbi gəmilər səfərbər edib, həmçinin sahil mühafizəsini gücləndirib, hərbi aviasiyanın bölgədəki uçuşlarını artırıb.

Mənbə Rusiya hərbi donanmasının yüksək hərbi hazırlıq vəziyyətinin iyulun 31-ə kimi qüvvədə olacağını söyləyib.