vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
11:36 | 15 iyun 2018 | Cümə Məqaləyə 2109 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ucuzlaşma 1 faizə çatdı

Avro dollar qarşısında uduzur

MÖVZU İLƏ ƏLAQƏLİ

Avro/dollar məzənnəsi, Avropa Mərkəzi Bankının (AMB) İyun ayı iclasının ardından bugünkü yüksəlişini geri verərək düşüb.

Avro, dollar qarşısında gün ərzində 1.1851-ə qədər yüksəlmişdi. AMB-nin qərarının ardından məzənnə 0.55 faiz geriləyərək 1.1722 səviyyəsini gördü.

Bakı vaxtı ilə saat 17:14-də isə məzənnə 1.1679 səviyyəsinə düşüb. Avronun Dollar qarşısında ucuzlaşması 1 faizə çatıb.

AMB İyun ayı toplantısında gözləndiyi kimi faizləri dəyişdirmədi. Bank uçot dərəcəsini 0.00 faiz səviyyəsində, depozit faizini də mənfi 0.40 faiz səviyyəsində saxladı.

Bank mövcud faizlərin ən azı 2019-un yazına qədər davam edəcəyini bildirib.

Xalis aktiv (qiymətli kağızlar) alışları Dekabra qədər başa çatacaq. Bank xalis alışların Dekabr ayına qədər mərhələli olaraq sona çatdırılacağını bildirib.

AMB, 2018-ci il üzrə Avro Bölgəsi iqtisadi artım proqnozunu aşağı salıb.

Avropa Mərkəzi Bankı Avro Bölgəsinin 2018-ci ilə dair iqtisadi artım proqnozunu  2.4 faizdən 2.1 faizə endirib.

Bank, 2019-cu il üçün iqtisadi artım proqnozunu isə 1.9 faizdə saxlayıb.