vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SAHİBKARLIQ  
11:57 | 15 iyun 2018 | Cümə Məqaləyə 2307 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rolls Royce”da kütləvi ixtisarlar

3 il ərzində 4600 nəfəri işdən çıxarılacaq

134 illik tarixə malik, İngiltərənin dünya şöhrətli “Rolls Royce” şirkəti, fəaliyyətlərini sadələşdirmə və 2020-ci ilin sonuna qədər ildə 400 milyon funt-sterlinq qənaət etmək planının tərkib hissəsi kimi 4600 nəfəri işdən çıxaracaq.

Şirkətin İcraçı direktoru Voren İst (Uorren East) tərəfində elan edilən plana görə, işçi qüvvəsi təxminən 10 faiz azaldılacaq və 2020-ci ilə qədər ildə 400 milyon funt-sterlinq qənaət ediləcək.

İşdən çıxarmalar 2018, 2019, 2020-ci illərdə həyata keçiriləcək.

“Rolls Royce”, bir müddətdir Trent 1000 mühərriklərindəki kompressor problemi səbəbindən müştərilərilə problem yaşayırdı.

Bu ixtisarın, şirkətin 2001-ci ildə baş verən 11 Sentyabr terror hücumundan sonra aviasiya sektorunda baş verən böhranın ardından ən geniş miqyaslı işdənçıxarma olduğu bildirilir. “Rolls Royce”, 2001-ci ildə 5 min adamın işinə böhran səbəbilə son vermişdi.

İxtisar edilənlərin üçdə ikisi, 15 min 700 nəfərini çalışdığı İngiltərənin Derby şəhərindəki ümumi mərkəzdən olacaq, ancaq mühəndislər bu ixtisardan  təsirlənməyəcək.

“Rolls Royce”in İngiltərədə 26 min, dünya üzrə 55 min əməkdaşı var.