vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9314 AZN
1 Rusiya rublu 1 RUB = 0.0256 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1474 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3176 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SƏNƏTÇİ  
14:06 | 13 iyun 2018 | Çərşənbə Məqaləyə 556 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qəlboxşayan ahəng, təkrarsız həzinlik...

Unudulmaz xanəndə Qulu Əsgərovun 90 illik yubiley gecəsi

Savalan FƏRƏCOV

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 13-də Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə, pedaqoq Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunan tədbir keçirildi. Mərkəzin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşan tədbirdə əvvəlcə xanəndənin ömür və sənət yolu haqqında videoçarx nümayiş etdirildi.

Yubiley gecəsinin aparıcıları - Xalq artisti Mələkxanım Əyyubova və Əməkdar incəsənət xadimi Hafiz Quliyev xanəndənin həyat və yaradıcılıq yolundan danışdılar. Bildirildi ki, Qulu Rüstəm oğlu Əsgərov 18 dekabr 1928-ci ildə Salyan şəhərində dünyaya göz açıb. Gənc yaşlarında rayon teatrında çıxış edib. Gənc istedadların 1953-cü ildə keçirilən respublika olimpiadasının qalibi olub. 1953-1958-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda görkəmli xanəndələr Seyid Şuşinski, Nəriman Əliyevdən ifaçılıq ənənələrini mənimsəyib və muğamın sirlərinə dərindən yiyələnib.

Qeyd olundu ki, Qulu Əsgərov yaradıcı sənətkar idi. Xanəndə uzun müddət Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışıb. Məcnun, İbn Salam, Kərəm (“Leyli və Məcnun”, “Əsli və Kərəm” – Ü.Hacıbəyli), Aşıq Qərib (“Aşıq Qərib” - Z.Hacıbəyov), Şah İsmayıl (“Şah İsmayıl” - M.Maqomayev) obrazlarını böyük aktyorluq məharətilə hərtərəfli canlandırmağa nail olub. Onun lent yazıları Azərbaycan Televiziyasının fondunda qorunur. Sənətkar 11 iyun 1987-ci ildə vəfat edib.

Tədbirdə daha sonra akademik Vidadi Xəlilov, Xalq artisti Canəli Əkbərov, Əməkdar incəsənət xadimi Rafiq Sadıqov xanəndənin ifaçılıq sənətindən danışdılar. Onun muğam ifaçılığı sənətinə verdiyi töhfələr yüksək qiymətləndirildi. Vurğulandı ki, Qulu Əsgərovun səsində bir ahəng, təkrarsız həzinlik və çox aydın diksiya vardı. Xanəndənin ustalıqla tar çalmağı və bəstəkarlıq qabiliyyəti də olub. O həm də xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl pedaqoq idi. Davamçıları muğam sənətində böyük uğurlar əldə edərək Qulu Əsgərov  ənənələrini yaşadırlar.

Çıxışlardan sonra xalq artistləri Mələkxanım Əyyubova, Teyyub Aslanov, Əməkdar artist Ehtiram Hüseynov, muğam müsabiqəsinin qalibləri Almaxanım Əhmədli, Mirələm Mirələmov və Rəvan Əlvanoğlu vaxtilə Qulu Əsgərovun ifa etdiyi “Bəyənmir məni”, “Yada sal məni”, “Vurulmuşam ala gözə”, “İlk eşqim”, “Sev ki, sevən mərd olar”, “Əziz dostum” və s. mahnılarını səsləndirdilər. İfaçıları Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Ə.Bakıxanov adına Xalq çalğı alətləri ansamblı müşayiət edirdi.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *