vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TƏHSİL, DİN  
14:20 | 15 iyun 2018 | Cümə Məqaləyə 1692 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlk üçlükdəyik

Azərbaycanlı tələbələrlə bağlı statistika alman ekspertləri təəccübləndirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Alman Tələbə Mübadilə Xidmətinə (DAAD) müraciətlərin sayına görə azərbaycanlı tələbələr çoxluq təşkil edir. Bu haqda Almaniya KİV-ləri bildirib.

Almaniya təhsil səviyyəsinə görə dünyada ən qabaqcıl ölkələrdən biridir və praktiki olaraq çox şəxs bu ölkədə təhsil almaq istəyir.
Azərbaycanlılarla bağlı statistika isə mütəxəssislərdə təəccüb doğurub. Səbəb isə budur ki, Azərbaycanın əhalisinin çox olmadığına baxmayaraq, DAAD üzrə müraciətləri həddindən artıq çoxdur.
DAAD-a tələbələrin sorğusuna görə, birinci yerdə Rusiya dayanır. İkinci yeri ABŞ, üçüncü yeri isə Azərbaycan tutur.
Alman mütəxəssisləri Cənubi Koreyadan olan müraciətlərin də kəskin artmasını qeyd edirlər. Məlumata görə, Türkiyədən olan tələbələrin isə Almaniya universitetlərində təhsil almağa marağı azalıb.
Bunun səbəbi isə odur ki, Almaniya ilə Türkiyə arasında son zamanlar siyasi və diplomatik gərginlik yaşanır.
Buna baxmayaraq Almaniyada xarici tələbələrin və alimlərin sayı artmaqda davam edir. 2017-2018-ci ilin qış semestrində təxminən 359 min xarici tələbə iştirak edib.
Üç il bundan qabaq isə bu rəqəm 300 min civarında idi.