vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
14:43 | 15 iyun 2018 | Cümə Məqaləyə 2034 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makedoniyanın adı dəyişdirildi

Yunanıstanla ortaq məxrəcin tapılması NATO-ya və Aİ-yə üzvlüyə təkan verəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Yunanıstanın baş naziri Aleksis Sipras makedoniyalı həmkarı Zoran Zayevlə Makedoniya Respublikasının konstitusiyada nəzərdə tutulan adının dəyişdirilməsi ilə bağlı ortaq məxrəcə gəlib.

RİA Novosti bildirir ki, razılaşma rəsmi Skopyenin Avropa İttifaqına və NATO-nun üzvlüyünə qəbul olunmasına təkan verə bilər.

Məlumata görə, Siprasla Zayev arasında iyunun 12-də baş tutan telefon danışığında bütün ziddiyyətli məqamlar həllini tapıb. Ölkənin bundan sonra Şimali Makedoniya adlandırılacağı bildirilir.

Sipraz əldə olunmuş razılaşma ilə bağlı Yunanıstanın dövlət telekanalı ilə çıxış edib.

Bundan əvvəl Yunanıstandan olan siyasi partiyalar Makedoniya adının Zoran Zayev tərəfindən təklif olunan yeni variantı ilə razılaşmamışdılar. “İllinden Makedoniyası” adı yunan siyasətçilərin qane etməmişdi.

Onların fikrincə, bu ad bilavasitə Egey dənizininə qədər uzanan ərazilərdə (Saloniki daxil olmaqla) “makedon milləti və dövləti” formalaşdırmaq cəhdləri ilə əlaqədardır.