vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
15:46 | 13 iyun 2018 | Çərşənbə Məqaləyə 3037 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarixin ən vacib mərhələsində siyasət meydanına çıxan şəxsiyyət

“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Kitabın layihə rəhbəri və müəllifi Qazaxıstan Respublikası Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovdur. Nəşrə ön sözü Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb.

Mərasimdə əvvəlcə Nursultan Nazarbayev haqqında “Zamanla seçilmiş” adlı sənədli film nümayiş etdirilib.

Təqdimatda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Qazaxıstan nümayəndə heyəti üzvlərinin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edildiklərini diqqətə çatdırıb və onları bu münasibətlə təbrik edib.

Əli Həsənov çıxışında Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrindən, eyni taleyi yaşayan xalqlarımızın həyatında liderlərin danılmaz rolundan danışıb. Qazaxıstan-Azərbaycan əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunu vurğulayan Əli Həsənov bildirib ki, ulu öndər Heydər Əliyev Nursultan Nazarbayevlə çox yaxın dost olub. Dostluq əlaqələri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxıstan ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir



Bildirilib ki, kitabın tərcüməsi və nəşri Prezident Administrasiyasının təşkilatçılığı ilə ərsəyə gəlib. Kitabı Azərbaycan dilinə jurnalist Aida Eyvazlı çevirib. Diqqətə çatdırılıb ki, ötən ilin dekabrında Azərbaycan nümayəndə heyəti Qazaxıstanda ulu öndər Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatını keçirib.



“Nursultan Nazarbayev adi bir dövlət başçısı deyil, Qazaxıstanın müasir tarixini yaradan və ölkənin gələcək inkişafının təməlini qoyan şəxsiyyət və liderdir”, - deyən Əli Həsənov kitaba yazdığı ön sözdə onu ulu öndər Heydər Əliyevlə müqayisə etdiyini, hər iki liderin hakimiyyətlərinin xarakteristikasını verdiyini diqqətə çatdırıb: “Bizim hər birimiz iki əsrin qovuşuğunda türk dünyasının iki qardaş elinin - Azərbaycan və Qazaxıstan tarixinin ən vacib mərhələsində məhz belə şəxsiyyətlərin siyasət meydanına çıxmalarının, öz ölkələrini mürəkkəb geosiyasi proseslərdən məharətlə çıxarmalarının, daha yaxşı gələcək naminə zərgər dəqiqliyi ilə işlənmiş milli inkişaf konsepsiyalarını həyata keçirmələrinin şahidiyik”. Prezidentin köməkçisi deyib ki, “Nursultan Nazarbayev. Həyat yolu” kitabını vərəqləyən hər kəs türk dünyasının yetişdirdiyi liderlər haqqında biliklərini zənginləşdirəcək.



Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı “Nursultan Nazarbayev. Həyat yolu” kitabının təqdimatını iki qardaş ölkə arasında böyük dostluğun davamı kimi dəyərləndirib. Azərbaycan və qazax xalqları arasında əlaqələrdən danışan nazir qeyd edib ki, ortaq milli-mənəvi dəyərlər xalqlarımızın birliyini və iki ölkə arasında əlaqələri, dostluğu yaşadan amillərdəndir.

Nəşrin əhəmiyyətindən danışan AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, türk dünyasının böyük şəxsiyyətləri - Heydər Əliyev və Nursultan Nazarbayev milli maraqların təmin olunması, xalqların rifahı naminə əllərindən gələni ediblər. Onlar həm də yaxın dost olaraq ölkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə çatdırıblar. Bu ənənə indi də davam etdirilir. “Bu kitabın məziyyətlərindən biri onun quru publisistikadan, xronikallıqdan uzaq olması və maraqlı bir dillə yazılmasıdır. Necə deyərlər, onu birnəfəsə oxumaq mümkündür”, - deyə Akif Əlizadə vurğulayıb.



Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı qeyd edib ki, bu kitab həm də Nazarbayev irsini araşdıranlar üçün dəyərli mənbədir.

Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, təqdimatı keçirilən kitab təkcə həyat hekayəsi deyil, qardaş qazax xalqının məişətindən tutmuş ictimai-siyasi, mədəni, iqtisadi mühitini bütün özəllikləri ilə əhatə edən bir əsərdir.



Kitabın layihə rəhbəri və müəllifi, Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Мahmud Kasımbekov vurğulayıb ki, bu, bizim ilk birgə layihəmiz deyil. Bundan əvvəl Astanada Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatı olub. Belə layihələr münasibətlərimizin daha da genişlənməsinə xidmət edir.

Tədbir Qazaxıstan incəsənət ustalarının konsert proqramı ilə davam edib.