vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
23:20 | 16 iyun 2018 | Şənbə Məqaləyə 1840 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan qarışır

İrəvan və Eçmiədzində aksiyalar başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda həbs edilən deputat Manvel Qriqoryanın tərəfdarları İrəvanda Milli Təhlükəsizlik Xidmətinin (MTX) qarşısında etiraz aksiyasına başlayıblar.

Etirazçılar MTX-nın yerləşdiyi Nalbandyan küçəsini bağlamağa cəhd etsələr də polis onlara imkan verməyib.

İrəvanla bərabər Eçmiədzində də aksiyalar keçirilir. Burada Manvel Qriqoryanın oğlu mer Karen Qriqoryanın tərəfdarları və əleyhdarları mərkəzi meydana toplaşıblar. Etiraz aksiyalarının keçirildiyi yerə Karen Qriqoryanın özü də gəlib. O, sosial şəbəkələr vasitəsilə tərəfdarlarını onu dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Manvel Qriqoryan iyunun 16-da həbs edilib. O, qanunsuz silah dövriyyəsində ittiham olunur. Respublika Partiyası artıq Qriqoryanın həbsini siyasi xarakterli adlandırıb.

Aksiyalar hazırda davam edir.