vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AKTUAL  
17:25 | 13 iyun 2018 | Çərşənbə Məqaləyə 944 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kiminləsə görüşmək imkanı var”

Putin Əliyevə Paşinyanla tanışlığa işarə etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Prezidenti Vladimir Putin düşünür ki, Moskvaya futbol üzrə dünya çempionatının açılışına gəlmiş Azərbaycan rəhbəri İlham Əliyev vaxtını maraqlı və səmərəli keçirəcək.

Rusiya KİV-i bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Ümid edirəm ki, Siz Moskvada vaxtınızı səmərəli və maraqlı keçirəcəksiniz. Maraqlı – onu nəzərdə tuturam ki, oyun gözəl olacaq, səmərəli - çünki başqa ölkələrdən sizin çoxlu həmkarlarınız gəlib və hamıyla danışmaq, kiminləsə görüşmək, tanış olmaq imkanı var”, - deyə Kremldə keçirilən görüşün əvvəlində Rusiya dövlətinin başçısı Azərbaycan Prezidentinə müraciət edib. Putin əlavə edib ki, İ.Əliyev Moskvada MDB-dən olan həmkarları ilə onları maraqlandıran mövzuları müzakirə edə bilər.

İ.Əliyev 12 iyunda qeyd edilmiş Rusiya Günü və dünya çempionatına hazırlığın müvəffəqiyyətlə başa çatması münasibəti ilə Putini təbrik edib. “Əminəm ki, dünyanın bu əsas idman hadisəsi olan çempionat uğurlu olacaq, bütün qonaqlar razı qalacaqlar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

 

***

 

15:00

Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib.

Kremldə keçirilən görüşdə dövlət başçıları iki ölkə arasında münasibətləri müzakirə ediblər.

V.Putin Moskvanın Azərbaycan Prezidentinin növbəti səfərinə hazırlaşdığını, səfərin avqustun 30-da baş tutacağını söyləyib: “O ki qaldı ikitərəfli münasibətlərimizə, bunu sizin avqustun 30-da Rusiyaya səfəriniz zamanı əsaslı və dərindən müzakirə edəcəyik”.

 

***

 

13:04

Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycan, Ermənistan, Boliviya, Livan, Belarus və Səudiyyə Ərəbistan liderləri ilə görüşlər keçirəcək.

RİA Novosti xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

“Bu gün Putinin Azərbaycan prezidenti İlham Əliyev, Ruanda prezidenti Polem Kaqame, Boliviya prezidenti Evo Morales, Livan baş naziri Saad Hariri, Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək görüşləri baş tutacaq”, - Peskov deyib.