vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:45 | 17 iyun 2018 | Bazar Məqaləyə 2317 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Son döyüşlərin yeni təfərrüatları

Ermənilər hirslə qalxıb, ziyanla oturdular - 4 hərbçi, 2 texnika, müşahidə kameraları və …

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan rəhbərliyinin son hərbi və siyasi uğursuzluqları onu vadar etdi ki, Qarabağ münaqişəsi zonasında vəziyyəti kəskinləşdirsin. Son dörd gün ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərinin atəşə tutulmasını gücləndiriblər. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmən Ağdam, Goranboy və Tərtər istiqamətində nəzərə çarpacaq dərəcədə itkilər verib, lakin Ermənistanın Müdafiə Nazirliyi bu barədə susur.

Hərbi mənbələrin məlumatlarına görə, Tərtər rayonunun işğal altında olan ərazilərində erməni hərbçilərinin Azərbaycan mövqelərini izləmək üçün quraşdırdıqları müşahidə kamerası sıradan çıxarılıb.

İşğal edilmiş Seysulan kəndi istiqamətində “Hyundai” markalı çoxfunksiyalı ağır texnika sıradan çıxarılıb ki, bunun köməyi ilə erməni hərbçiləri mühəndis işləri görməyi planlaşdırırdılar.

Bundan başqa, Tərtər rayonu istiqamətində cavab atəşi ilə düşmən postu məhv edilib və nəticədə, erməni ordusunun iki hərbçisi öldürülüb.

Azərbaycan ordusunun Tərtər rayonu istiqamətində yerləşmiş digər bölmələri erməni hərbçilərinə məxsus “KamAZ” yük maşınını darmadağın ediblər.

Bundan savayı, dünən Azərbaycan ordusunun Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında yerləşən bölmələri cavab atəşi ilə erməni ordusunun iki hərbçisini məhv ediblər.

Ermənistan ordusunun bu cür fəallaşmasını şərh edən hərbi ekspert Tərlan Eyvazov qeyd edib ki, düşmənin bu aktivliyi Naxçıvan istiqamətindəki uğursuzluqlarla əlaqədar ola bilər.

“Qarabağ istiqamətində gərginlik yaratmaqla onlar öz xalqlarının diqqətini Naxçıvan istiqamətində üzləşdikləri məğlubiyyətdən yayındırmağa çalışırlar. Lakin bununla onlar yalnız öz vəziyyətlərini daha da pisləşdiriblər. İndi ermənilər ölkədə yeni etirazlardan qorxaraq, itkilərini gizlətmək məcburiyyətindədirlər”, - ekspert vurğulayıb.