vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
00:48 | 18 iyun 2018 | Bazar ertəsi Məqaləyə 2046 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Əsgərlərin yeməyini heyvanlarına yedirdib”

Paşinyan cani-general Manvel Qriqryan haqda ilginc iddialar səsləndirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün özünün “Facebook” səhifəsində müdafiə nazirinin keçmiş müavini, deputat-oliqarx, “Yerkrapa” yarıhərbi təşkilatının rəhbəri Manvel Qriqoryanın həbsini şərh edib.

Paşinyan general Manvelin həbsinin təkcə qanunsuz silah-sursat saxlamaqla bağlı olmadığını bildirib. Ermənistanın baş nazirinin sözlərinə görə general 2016-cı ilin aprel müharibəsi zamanı Dağlıq Qarabağa, hərbçilərə göndərilən böyük həcmdə humanitar yardımları da mənimsəyib.

“Manvel Qriqoryan əsgələr üçün nəzərdə tutulan və məktəblilərin topladığı ərzağı mənimsəyib, onları öz heyvanlarına-ayılarına, pələnglərinə yedirdib”, - Paşinyan bildirib.

General Manvel Eçimədzindəki malikanəsində şəxsi zoopark saxlaması ilə tanınır. Onun zooparkında müxtəlif vəhşi heyvanlar, o cümlədən ayılar və pələnglər saxlanılır. Manvelin qonşuları dəfələrlə pələnglərin nəriltisindən qorxuya düşüblər, amma onların şikayətlərinə baxan olmayıb.

“Əsaslı şübhələr var ki, Qriqoryan həm Qarabağ əhalisi, həm erməni ordusu üçün nəzərdə tutulmuş humanitar yardımları mənimsəyib. Manvel Qriqoryanın evində və ona məxsus ərazilərdə aparılmış axtarışlar bu şübhələri təsdiqləyir”, - Nikol Paşinyan yazıb.

Onun sözlərinə görə, ciddi şübhələr var ki, Manvel ordu üçün nəzərdə tutulmuş texnikanı, əsasən maşınları da mənimsəyib. “Heç kim inkar etmir ki, Manvel Qriqoryan qəhrəmandır, amma heç qəhrəmanların da məktəblilərin əsgərlər üçün topladığı yardımı mənimsəməyə icazəsi yoxdur”-Paşinyan qeyd edib.

Xatırladaq ki, general Manvel Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalına başçılıq edib, o mülki azərbaycanlılara və hərbi əsirlərə qarşı xüsusi qəddarlığı ilə ad çıxarmışdı və hərbi cinayətlər törətmişdi.