vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 14 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9245 AZN
1 Rusiya rublu 1 RUB = 0.0252 AZN
1 İngilis funt sterlinqi 1 GBP = 2.1972 AZN
1 Türk lirəsi 1 TRY = 0.3109 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
20:18 | 19 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 451 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İndi ona sən “tuşonkasan” deyim?”

General Saroyan yırtıcı dostu Manvel haqda: “Heç bir şərəfdən söhbət belə gedə bilməz”

MÖVZU İLƏ ƏLAQƏLİ

General Manvel Qriqoryan qəhrəman idi, lakin “tuşonka” oğurluğuna qədər aşağı endi. Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Qriqoryanın döyüş dostu, Ermənistan parlamentinin hakim fraksiyasının üzvü Seyran Saroyan deyib.

Saroyan bir neçə ay öncə dediyi sözləri xatırladıb - əsgərdən oğurluq edən cəzalanacaq, prokuror tərəfindən olmasa da, Allah tərəfindən.

“Əgər Manvel mənim sözlərimi eşitsəydi, ya paylayardı, ya da canını qurtarardı... İndi ən pis olan odur ki, onu həm prokuror ittiham edir, həm də Allah... Bilmirəm, Qriqoryan bundan sonra mənim üzümə necə baxacaq”, - Saroyan bildirib.

Onun sözlərinə görə, generalın malikanəsindən silah tapılmasını birtəhər başa düşə bilər, amma əsgərlər üçün nəzərdə tutulmuş ərzağın aşkarlanmasını izah edə bilmir.

“Dünəndən şokdayam. Uşaqların məktublarını görəndən, sonra isə sözlərini eşidəndən sonra (onları jurnalistlər tapdıqda). Dünən bütün gün ərzində həkimlər yanımda olub. Qəhrəmandan “tuşonka” oğrusuna qədər necə enmək olardı axı? Nəyi çatışmırdı ki?” – Saroyan qeyd edib.

Onun sözlərinə görə, Qriqoryanın varidatı barədə məlumatı olmayıb. Heç uşaqları da bunu bilməyib. Deputatın sözlərinə görə, Qriqoryan çox qapalı insan olub və buna görə də, onun varidatı haqqında heç kimdə məlumat yox idi.

Qriqoryanın öz adını təmizə çıxaracağı ilə bağlı dediyi sözləri şərh edərkən Saroyan deyib ki, bu barədə danışmaq mənasızdır.

“Hansı ad? Nə deyə bilər? Bu məktublara necə cavab verə bilər? Heç bir şərəfdən söhbət belə gedə bilməz”, - o bildirib.

Saroyan özü və onun könüllülər qrupu silahlarını, geyimlərini və aprel döyüşlərində aldıqları digər əsləhələri təhvil veriblər.

Faktiki olaraq dostunu tanımadığı ilə bağlı verilmiş suala Saroyan cavab verib ki, hətta ata və oğullar da sona qədər bir-birlərini tanımırlar. Bunu əvvəlcədən bilsəydi, Qriqoryanı birinci özü utandırardı.

O deyib ki, bundan sonra keçmiş yoldaşı ilə ünsiyyət qurmaq istəmir.

“Nə deyim? “Sən tuşonkasan” deyim? Bu cür vəziyyətdə mən atamdan da imtina edərdim. Dünyada doğma insanın itirilməsindən pis heç nə ola bilməz”, - Qriqoryan bildirib.

O, ordudan oğurluq etmiş hamını bütün oğurladıqlarını son qəpiyinə qədər qaytarmağa çağırıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *