vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
23:21 | 19 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 1409 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aşqabadı böhrandan çıxaracaq yeganə TAPıntı

Avropa İttifaqı: Azərbaycandan sonra Türkmənistan uğrunda döyüş başlayır

Ceyhun NƏCƏFOV

“Xəzərin dibi ilə Türkmənbaşıdan Səngəçal terminalına qədər qaz kəmərinin çəkilməsi məsələsində Avropa Komissiyası Türkmənistanla fəal əlaqələr qurur. Avropa İttifaqı bu layihəyə tam dəstək verir. İndi söz Azərbaycanındır”, - bunu virtualaz.org-a Avropa İtifaqının Azərbaycandakı nümayəndəliyinin energetika məsələləri üzrə müşaviri Erik Somelar deyib.

Onun sözlərinə görə, Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi öncədən yalnız “Şahdəniz” yatağına hesablanmayıb, özündə həm də ümumilikdə Xəzər hövzəsindən və Yaxın Şərqdən qazın nəql edilməsini ehtiva edir.

Somelar bildirib ki, Rusiya Xəzərin dibi ilə qaz kəmərinin çəkilişinin ekoloji baxımdan təhlükəli olduğunu bildirsə də, elmi araşdırmalarla sübuta yetirilib ki, bu layihə ekoloji cəhətdən tam təhlükəsizdir. “Eyni zamanda, Rusiyanın “Qazprom” şirkəti Baltik dənizinin dibi ilə gücü 50 milyard kub metr olan qaz kəmərləri çəkib. Əsas məsələ odur ki, Türkmənistan rəhbərliyi izafi qaz həcmini Xəzərin dibi ilə ötürməklə “Cənub Qaz Dəhlizi” vasitəsilə nəql etməyə razılıq verəcəkmi”, - Aİ əməkdaşı qeyd edib.

Qeyd edilir ki, Aİ-Türkmənistan danışıqları bu ölkədə baş vermiş iqtisadi böhran şəraitində aparılır. Bəzi dəyərləndirmələrə görə, Türkmənistanı Venesuelada olduğu kimi, defolt gözləyir.

Belə bir vəziyyətdə isə Transxəzər qaz kəməri layihəsi və zəngin Avropa bazarına çıxış Türkmənistan üçün həyati vacib əhəmiyyət daşıyır.