vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
09:57 | 20 iyun 2018 | Çərşənbə Məqaləyə 2105 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 erməninin ölümünün istintaqı

Tərtər-Ağdərə istiqamətində partlayış, düşmən ordunun mayoru həbs olunacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin mühəndis xidmətinin rəisi olmuş mayor E.Qriqoryan (bu ilin fevralında xidmətdən uzaqlaşdırılıb) 3 hərbçinin ölümünə, birinin ağır yaralanmasına səbəb olan xidməti yarıtmazlıqda ittiham olunur. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, İstintaq Komitəsi mayora əsgərlərin ölümü ilə bağlı cinayət işi çərçivəsində rəsmi ittiham elan edib.

Həmin insident ötən il noyabrın 21-də təmas xəttinin Tərtər-Ağdərə istiqamətində baş vermişdi. Döyüş postunda mühəndis işləri zamanı tank əleyhinə mina partlayıb və leytenant Geqam Zəkəryan, sıravilər Sərkis Abramyan və Sərkis Melikyan aldıqları xəsarətlərdən ölüblər. Daha bir sıravi əsgər ağır yaralanıb.

İlkin təhqiqat müəyyən edib ki, minatəmizləyənlərin qrupuna mayor Qriqoryan rəhbərlik edib. O, öz xidməti vəzifələrinə səhlənkar yanaşıb və nəticədə minaların təmizlənməsi işi lazımi səviyyədə aparılmayıb. Məlum olub ki, mühəndis işləri zəruri hazırlıq olmadan aparılıb. Persona mina-partlayıcı vasitələrin maddi hissəsinə malik olmayıb, təhlükəsizlik qaydaları ilə tanış edilməyib və minaların basdırılması, çıxarılması üzrə praktiki vərdişlərə malik olmayıb.

Belə ki, tank əleyhinə minalar əllə, ucu iti hərbi bel (lopatka) ilə çıxarılıb, onları əllə daşıyıblar. Minalanmış sahəyə baxış keçirilməyib, ancaq görünən minalar çıxarılıb. Torpaq altında qalan minalar elə orada da qalıb. Xüsusi texnikadan istifadə edilməyib. Nəticədə tank əleyhinə minalardan biri partlayıb.