vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
11:37 | 20 iyun 2018 | Çərşənbə Məqaləyə 2167 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bir gün bütün pullar...”

Məşhur bankdan kriptovalyutalarla bağlı ilginc iddia

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur qlobal investisiya bankı “Goldman Sachs”ın dəstəklədiyi “start-up” şirkəti “Circle”ın İcraçı direktoru Ceremi Ollayr (Jeremy Allaire), “CNBC”-yə verdiyi müsahibəsində, “Bütün qanuni pul vahidləri bir gün kripto pul vahidi olacaq, bu nöqtədən sonra bu vəziyyət labüd görünür”, - deyib.

Ollayrın ortağı olduğu və blok zənciri texnologiyası ilə müştərilərin bir-birlərinə pulsuz pul göndərməsinə imkan verən “Circle” şirkəti, bu il “Poloniex” adlı kriptovalyuta birjasını satın alaraq ilk qazancını əldə edib.

“Circle” son həmləsindən sonra, dollar məzənnəsinə sabitlənmiş “USD Coin” adında bir kripto pul vahidini bazar çıxarmaq istədiyini bildirib. Şirkətə görə, yeni layihə, blok zənciri texnologiyası vasitəsilə dollar ilə aparılan əməliyyatları sürətləndirilərək əksər kriptovalyutada müşahidə olunan dalğalanmanın qarşısının alınmasını hədəfləyir.

Ollayr, kriptovalyutanın “CENTRE” adından açıq mənbəli bir platformada yaradıldığını, maliyyə təşkilatlarının və digər şirkətlərin də sözügedən platformaya qatılmasının qarşıya məqsəd qoyulduğunu deyib.

O, həmçinin “USD Coin”in geniş maliyyə əməliyyatları, kriptovalyuta vahidləri və blok zənciri texnologiyası dünyasına tanıtmağı qarşısına məqsəd qoyduğunu vurğulayıb.

Ollayr sözlərinə görə, sabit kriptovalyuta vahidlərinin (stablecoin) kriptovalyuta vahidlərinin yer aldığı qlobal və rəqəmsal bir iqtisadiyyatın özəyini təşkil edəcəyini düşünürlər. “Biz hazırda maliyyə sektorunda edilməsi lazım olanları kriptovalyuta vahidlərinin qəbul edildiyi infrastruktura inteqrasiya etməyə çalışırıq”.