vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9817 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2390 AZN
Türk lirəsi 1 TRY = 0.3502 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
12:29 | 20 iyun 2018 | Çərşənbə Məqaləyə 378 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ BMT-ni təhqir etdi


“İnsan Haqları Şurası qərəzli, mənfəət güdən strukturdur”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ölkəmiz BMT-nin İnsan Haqları Şurasını tərk edir. Bir məqamı tam və yekun şəkildə aydınlaşdırmaq istəyirəm ki, ABŞ-ın Şuranı tərk etməsi insan haqları ilə bağlı öhdəliklərimizdən geri çəkilmək deyil.

Vaxt.az bildirir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli belə deyib.

Onun sözlərinə görə, BMT üzvü olan dövlətlərdən heç biri İnsan Haqları Şurasının fəaliyyətinin “islahatlara uğradılması”nda iştirak etmək istəməyib: “Şuranın özü isə qərəzli, mənfəət güdən struktura çevrilib”.

Dövlət Departamentində açıqlama ilə çıxış edən Nikki Heyli ABŞ-ın BMT-nin İnsan Haqları Şurasını (İHŞ) tərk etdiyini təsdiqləyib.

“Belə qərar verə biləcəyimizi çox əvvəl demişdik. Şura uzun müddətdən bəri insan haqlarını pozanların müdafiəçisi, siyasi baxımdan qərəzli struktura çevrilib. İslahatlarla bağlı çağırışlarımızı eşitmədilər. Əfsuslar olsun ki, insan haqlarını pozanlar Şuradadır və bu struktura çevilirlər. Dünyanın ən qəddar rejimləri gündəmi müəyyənləşdirir, Şura isə qərarlarını siyasiləşdirir, insan haqlarını pozanlardan və onların əməllərindən diqqəti yayındırmaq üçün həmin haqlarla bağlı situasiyanın yaxşı olduğu ölkələri suçlayır”, - N.Heyli deyib.

O, daha sonra bir sıra ölkələri Şurada islahatlar aparmağa mane olmaqda suçlayıb: “Şurada fəal şəkildə islahatlar aparmaq niyyətimizi açıqlamaq istəyəndə həmin ölkələr qəflətən peyda olub bizə maneələr yaratdılar. Rusiya, Çin, Kuba və Misir - onların hamısı ötən il bizə mane olmağa çalışdılar. Qərarımızın səbəbləri arasında Vaşinqtonun müttəfiqi İsrailə qarşı zəifləmək bilməyən, patoloji nifrət kampaniyası da var”.

Heylidən sonra çıxış edən ABŞ dövlət katibi Maykl Pompeo BMT-nin İnsan Haqlarnı Şurasını “böyük biabırçılıq mənbəyi”, qurumun qərarlarını “ikiüzlülüyün utanmaz təzahürü” adlandırıb.

Böyük Britaniya və Avropa Birliyi ABŞ-ın İHŞ-nı tərk etməsi qərarı ilə bağlı təəssüfləndiklərini bildiriblər. Rəsmi London bundan sonra da İHŞ-ın fəaliyyətini tam dəstəkləyəcəyini vurğulayıb.

İsrail isə tam əksinə, ABŞ-ın qərarını alqışlayıb.

“İsrail prezident Trampa, dövlət katibi Pompeoya və daimi nümayəndə Heyliyə BMT-nin "İnsan Haqları Şurası" adlanan qurumundakı ikiüzlülük və yalanla bağlı qəbul etdikləri cəsur qərara görə minnətdarlıq edir”, - İsrailin baş naziri Benyamin Netanyahunun açıqlamasında deyilir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *