vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
18:07 | 21 iyun 2018 | Cümə axşamı Məqaləyə 2075 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Erməni çobanları fikirləşmir?!

Naxçıvanlı çobanları hədələyən Ermənistan Müdafiə Nazirliyi ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan ordusunun Naxçıvanda mövqelərini irəli çəkməsi və yeni strateji yüksəkliklərdə möhkəmlənməsi, nəticədə min hektarlarla münbit ərazinin faktiki işğaldan azad edilməsi barədə təkzibedilməz faktların-görüntülərin yayılmasından sonra Ermənistan Müdafiə Nazirliyi naxçıvanlı çobanları hədələyib. Virtualaz.org xəbər verir ki, son günlərə qədər Ermənistan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində Azərbaycan ordusunun irəlilədiyini və minlərlə hektarlıq ərazini faktiki işğaldan azad etdiyi barədə məlumatları təkzib etməyə çalışırdı.

Belə ki, nazirlik əvvəlcə ümumiyyətlə belə hadisənin baş vermədiyini bildirirdi. Lakin daha sonra sosial şəbəkələrdə erməni istifadəçilər Azərbaycan ordusunun Ermənistan kəndlərinə də nəzarət etməyə imkan verən yeni postlarının görüntülərini yayandan sonra Müdafiə Nazirliyində taktikanı dəyişməli oldular. Bildirdilər ki, narahatçılıq üçün heç bir əsas yox imiş və Ermənistan ordusu “əvvəlki kimi vəziyyəti tam nəzarət altında saxlayır”, hansısa iri ərazinin geri alınmasından söhbət getmir.

Nəhayət Azərbaycan Müdafiə Nazirliyi may ayında ordumuzun Naxçıvan istiqamətində keçirdiyi əməliyyata dair filmi nümayiş etdirəndə bir daha təsdiq olunduğu ki, Azərbaycan ordusunun yeni mövqeləri Ermənistan ərazisində strateji əhəmiyyətli İrəvan-Gorus-Laçın yolunu müşahidə altında saxlamağa tam imkan verir. Habelə Ermənistan ordusunun postları Azərbaycan ordusunun yeni mövqelərindən aşağıda qalıb və onların bütün hərəkətini, təchizat yollarını nəzarətdə saxlamaq mümkündür. Habelə Ermənistanın Areni kəndi və kəndin ətrafındakı əkin sahələri Azərbaycan ordusunun “Qızılqaya” yüksəkliyindəki mövqeyindən atıcı silahların atəş mənzilindədir.

Və bu cür təkzibedilməz görüntülərin yayılmasından sonra jurnalistlər növbəti dəfə Müdafiə Naziliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyana zəng vurublar. Bu dəfə Ovanisyan deyib ki, Azərbaycan ordusunun bu əməliyyatı naxçıvanlı çobanları və əkinçiləri təhlükə altında qoyub.

İrəvan-Gorus-Laçın yolu, Azərbaycan ordusunun yeni mövqelərindən çəkilmiş kadr

Başqa sözlə, Ovanisyanın dediklərindən belə alınır ki, Ermənistan ordusu Naxçıvanda Azərbaycan ordusunun irəliləməsinin əvəzini çobanları, yəni mülki sakinləri atəşə tutmaqla çıxmağa hazırlaşır?

Bu gün panorama.am agentliyinin müxbiri Ovanisyandan dünən həmin açıqlaması ilə nə demək istədiyini soruşub. Ovanisyan deyib ki, Azərbaycan ordusu “daha çobanların və əkinçilərin arxasında gizlənib irəliləyə bilməyəcək”.

“Bundan sonra onların qoşunları, çobanları və əkinçiləri təhlükə altında qalacaq”, - o bildirib.

-Yəni nə demək istəyirsiniz, əvvəlcə çobanlar irəliləyib, onların ardınca qoşunlar?-müxbir Ovanisyandan bu axmaq fikirləri ilə bağlı bir daha soruşub.

- Yox. Azərbaycan çobanları əvvəl daha sərbəst idi, onlar heyvanlarını düz bizim postların ətrafında otarırdılar, - Ovanisyan dəqiqləşdirib.

Beləliklə, Ermənistan tərəfi açıq eyham edir ki, bundan sonra Naxçıvan otlaqlarında çobanlara və digər mülki sakinlərə atəş açacaqlar. Əslində bu yenilik deyil, bütün təmas xətti və dövlət sərhədi boyu hər il yaz-yay aylarında Ermənistan ordusu mülki şəxslərə atəş açır, onlara əkin-biçin işləri ilə məşğul olmaqda əngəl yaratmağa çalışır. Bu baxımdan Ermənistan ordusunun Azərbaycan ordusunun uğurlu əməliyyatının qisasını mülki şəxslərdən almağa çalışacağı gözləniləndir.

Lakin Ovanisyan deyəsən bir məqamı yaddan çıxarıb, nəzərə almayıb ki, Azərbaycan ordusu belə əməllərə cavab olaraq artıq  Ermənistanın Areni kəndinin nəinki örüşdə heyvan otaran sakinlərini, eləcə də bu kəndin özünü, İrəvan-Gorus yolunda hərəkət edən nəqliyyatı, üstəlik erməni postlarını atəş altında saxlamaq imkanındadır. Yəni Ovanisyanın ordusu naxçıvanlı çobanlara atəş açmazdan qabaq ən azı iki dəfə düşünməlidir...

F.MƏMMƏDOV