vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
21:49 | 24 iyun 2018 | Bazar Məqaləyə 1386 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Batumidə kütləvi zəhərlənmə

100 nəfər xəstəxanaya düşdü

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın Batumi şəhərində uşaqlar da daxil olmaqla 100-ə yaxın insan zəhərlənib. APA-nın məlumatına görə, həmin şəxslərin bir neçə gün əvvəl toy şənliyi zamanı zəhərləndiyi bildirilir.

Zəhərlənmiş şəxslərin əksəriyyəti müxtəlif xəstəxanalarda müalicə olunurlar. Onların hamısında qızdırma, qusma və ishal kimi eyni simptomlar müşahidə olunur.

Toy şənliyinin qeyd olunduğu banket zalının nümayəndəsi kütləvi zəhərlənmənin onların obyektində baş verməsini təkzib edib.

Zəhərlənmənin dəqiq səbəbini ekspertiza müəyyən edəcək.