vaxtlı-vaxtında oxuyun! Cümə, 16 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9190 AZN
1 Rusiya rublu 1 RUB = 0.0250 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2078 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3101 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
10:34 | 25 iyun 2018 | Bazar ertəsi Məqaləyə 526 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Adam qazandı!”

Məhərrəm İncə Ərdoğanın qələbəsini etiraf etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) da seçicilərin etimadını qazanıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın əsas rəqibi – Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə də Ərtdoğanın qələbəsini etiraf etməyə məcbur olub.
“FOX TV”dəki seçki proqramının aparıcılarından tanınmış jurnalist İsmayıl Küçükkaya ötən gecəki efirdə deyib ki, o, Məhərrəm İncəyə telefonla SMS mesajı ataraq nə düşündüyünü soruşub.  Məhərrəm İncə isə SMS-lə cavab verərək, “ Adam qazandı” yazıb. Məhərrəm İncə bu gün yerli vaxtla saat 12.00-a CHP-nin baş qərargahında açıqlama verəcəyini bildirib.

Digər tərəfdən, “Xalq” TV-də veriliş aparan Şaban Sevinc də tamaşaçılarına Məhərrəm İncənin oxşar mesajını çatdırıb. O, Məhərrəm İncənin “Seçki ədalətli deyildi, ancaq Ərdoğan qazandı” - dediyini bildirib.

Məhərrəm İncə sosial media hesabından verdiyi açıqlamada “Bu gün aat 12.00-də  CHP-də mətbuat konfransı keçirəcəyəm” mesajını bölüşüb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *