vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9817 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2390 AZN
Türk lirəsi 1 TRY = 0.3502 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
10:41 | 25 iyun 2018 | Bazar ertəsi Məqaləyə 390 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğan neçə faizlə qələbə qazandı...

Prezident və parlament seçkilərinin yekun nəticələri

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) seçicilərin etimadını qazanıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçki Kurulunun (YSK) sədri Sədi Güvən məlumat verib. O, sədri bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib.

Ən son məlumatlara görə, seçicilərin 52.5 faizi Rəcəb Tayyib Ərdoğana etimad göstərib. 
Məhərrəm İncə seçicilərin 30,7 faizinin səsi ilə ikinci yerdə qərar tutub.

HDP-nin namizədi Selahettin Demirtaş 8,4 faiz, İyi Partinin başqanı Meral Akşener 7,3 faiz, Səadət Partiyasının namizədi Təməl Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının namizədi Doğu Pərinçək isə 0,2 faiz səs toplayıblar.

Parlament seçkilərinə keçirilən səsvermədə isə Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi “Cümhur İttifaq”ı birinci yeri qazanıb – 53,62 faiz.

Beləliklə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandatın 293-nü Ədalət və İnkişaf Partiyası qazanıb.

Digər mandatların 146-sı Cümhuriyyət Xalq Partiyasının, 67-si isə Xalqların Demokratik Partiyasının, 50-si Millətçi Hərəkat Partiyasının, 44-ü isə İYİ Partiyanın payına düşüb.

Parlamentdəki yer bölgüsü deməyə əsas verir ki, “Cümhur İttifaqı”nda birləşən AKP və MHP yeni hökumətin qurulmasında vaxt itkisinə yol verməyəcəklər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *