vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AKTUAL  
21:28 | 25 iyun 2018 | Bazar ertəsi Məqaləyə 1989 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Matəm çələngi …”

Cani-general Qriqoryanın evindən tapılanlar görənləri heyrətləndirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları general Manvel Qriqoryanın işğal edilmiş Dağlıq Qarabağda hərbi hissənin yaxınlığında yerləşən evində yenidən axtarış işləri aparıbıar.

“Sputnik”ə xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, axtarış nəticəsində üzərində “Əsgər payı” yazılmış konservlər, siqaretlər, hərbi geyim dəstləri, bintlər, benzin, 7,62 və 5,45 mm kalibrli avtomat patronları, bundan savayı, ölmüş şəxs üçün nəzərdə tutulmuş, lakin ünvanına çatdırılmamış matəm çələngi tapılıb.

Daha bir axtarış Əsgəran şəhərində “GS Plus” müəssisəsində aparılıb. Məlum olub ki, “Yerkrapa” könüllülər ittifaqının rəhbərləri ordu üçün nəzərdə tutulmuş, o cümlədən vətəndaşlardan toplanmış ərzağı mənimsəyiblər.

Xatırladaq ki, general Manvel Qriqoryan Cəbrayıl və Füzulini işğal etmiş Ermənistan ordusunun 5-ci briqadasının komandanı olub. Məhz o, Füzuli rayonunu tamamilə qarət edib və azərbaycanlı əsirlərə qarşı qəddarlığı ilə seçilib.