vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AKTUAL  
11:50 | 26 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 1796 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

… Knesset “erməni soyqırımı”nı tanımaqdan yenə imtina etdi

Azərbaycanın İsraildəki dostlarının sayəsində …

MÖVZU İLƏ ƏLAQƏLİ

“İsrailin müdafiə naziri, Azərbaycanın böyük dostu Aviqdor Libermanın səyləri nəticəsində “Merets” parlament fraksiyasının “erməni soyqırımı”nın tanınması haqqında məsələnin İsrail parlamentinin gündəliyinə növbəti dəfə daxil etmək cəhdinin qarşısı alınıb”, - virtualaz.org-a bu barədə Knessetdəki mənbələr bildirib.

Dünən, iyunun 25-də “Merets” partiyası “soyqırımı”nın tanınması haqqında qanun layihəsinin müzakirə edilməsi təşəbbüsü ilə çıxış edib. Lakin parlament çoxluğunun və Azərbaycanın dostlarının təzyiqi altında təşəbbüs bu dəfə də təşəbbüs olaraq qalıb. Xatırladaq ki, az öncə İsrail-Türkiyə qarşıdurması növbəti dəfə alovlanan zaman Knessetin bir sıra deputatları bu qanun layihəsinin qəbul edilməsinə çağırmışdılar. Lakin o zaman da İsrailin xarici siyasətindəki Azərbaycan amili güclü çıxmışdı və təşəbbüs dövlətin siyasi elitasında müsbət qarşılanmamışdı.

Virtualaz.org-a müsahibəsində məşhur israilli politoloq Arye Qut sözügedən yeni təşəbbüs barədə məlumatı təsdiqləyib. “Günorta saatlarında məlum oldu ki, Knesset bu məsələni müzakirə etməyəcək. Bu işdə Azərbaycanın dostlarının böyük əməyi var. İsrail Azərbaycanla strateji münasibətlərə öncül əhəmiyyət verir”, - A.Qut deyib.

Bədnam qanun layihəsinin Knessetin gündəliyinə salınması cəhdi barədə İsrailin aparıcı qəzetlərindən olan “Maariv” də yazıb.