vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ENERGETİKA  
13:14 | 26 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 646 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qlobal qaz tələbatı artacaq

Beynəlxalq ticarətdəki yüksəlişin bir nömrəli faktoru LNG olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Qlobal qaz istehlakının hər il 1,6 faizlik tələb artımı ilə 3,7 trilyon kubmetrdən 2023-ci ildə 4,1 trilyon kubmetrə qalxacağı təxmin edilib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) 5 illik bazar təhlilini ehtiva edən “Qaz 2018 Hesabatı”nda xəbər verir ki, qlobal qaz tələbatının hər il 1,6 faiz artacağı və bu artımının böyük hissəsinin Asiyadan yaranacağı bildirilib.

Asiya regionunda xüsusilə Çinin təmiz hava üçün atdığı addımların, ölkədəki qaz tələbatının artmasında ən mühüm amil olmasının gözlənildiyi ifadə edilib.

Qlobal olaraq da sənaye sektorunda elektrik enerjisi istehsalında qazın payının artacağına diqqət çəkilərək, qlobal qaz istehlakının hazırkı 3,7 trilyon kubmetrdən 2023-cü ildə 4,1 trilyon kubmetrə çıxacağı nəzərdə tutulub.

Hesabatda, bunlar qeyd olunub: “Avropanın qazda idxala olan asılılığı artacaq. Bu da mayeləşdirilmiş qaz (LNG) ilə Rusiyanın kəmərlərlə göndərdiyi qaz arasında bir rəqabətə səbəb olacaq. Bundan başqa, qlobal ticarətdəki artımın bir nömrəli faktoru LNG olacaq. Bu da əsasən ABŞ, Avstraliya və Rusiyadan gələcək”.

Hesabatda, LNG-də əsas idxalçının Yaponiya olduğu xatırladılaraq, Çinin LNG tələbinin də ciddi səviyyədə artacağı vurğulanıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *