vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
13:46 | 26 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 2433 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yerdən başqa heç bir planetdə həyat yoxdur”

Alimlərin 85 faizlik ehtimalı

MÖVZU İLƏ ƏLAQƏLİ

“Oxford” Universitetinin alimləri Anders Sandberq, Erik Dreksler və Tobi Ord riyazi hesablamalarla sübuta yetiriblər ki, başqa planetlərdə həyat izlərinin tapılma ehtimalı 15 faizdən yüksək deyil. Başqa sözlə, 85 faiz ehtimalla demək olar ki, Yerdən başqa heç bir göy cismində həyat mövcud deyil.

Virtualaz.org xəbər verir ki, alimlərin riyazi hesablamaları və məsələyə yanaşma metodu ilə arXiv.org saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, hələ dahi fizik Enriko Fermi bir dəfə nahar vaxtı yadplanetlilər barədə danışarkən bildirmişdi: “Əgər yadplanetlilər mövcuddursa, bəs hardadırlar?” Bu sadə sual sonradan Fermi paradoksu adlandırılıb. 5 yaşlı uşağın da verə biləcəyi bu sual dahi alim tərəfindən səsləndirildiyi üçün paradoks statusuna yüksəlib və onun adı ilə adlandırılıb.