vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
17:15 | 26 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 2874 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“TAP-ı işə salmağa hazırıq, amma...”

İtaliya hökuməti əlavə pul qoparmaq istəyir?!

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliyada rusiyameylli “Beş Ulduz Hərəkatı” və “Şimal Liqası” partiyaları tərəfindən formalaşdırılan koalision hökumət təxminən üç həftəlik tərəddüddən sonra Azərbaycan qazının Avropa bazarlarına nəqli üçün çəkilən TAP kəmərinə dair mövqeyini açıqalyıb. Virtualaz.org xəbər verir ki, İtaliyanın xarici işlər nazirinin müavini Q.Pikki TAP kəmərinə dair təmsil etdiyi hökumətin mövqeyini ifadə edərək deyib: “Biz TAP kəmərini işə salmağa hazırıq, amma kəmərin ətraf mühitə mümkün təsirlərini nəzərə almaqla”.

Qeyd edək ki, bu mövqenin arxasında TAP kəmərinin marşrutunun dəyişdirilməsinə dair tələblər dayana bilər. İtaliyanın cənub regionları neçə vaxtdır kəmərin marşrutuna qarşı çıxır və indiki hökumətdə təmsil olunan qüvvələr TAP-ın ətraf mühitə ziyanı barədə illərdir hay-küy qaldırırdı.

TAP kəmərini işə salmağa hazır olduqlarını bildirib, Amma kəmərin ətraf mühitə mümkün təsirlərini nəzərə almaqla.

 

***

 

16:00

Rusiyanın RTR telekanalının “Vesti Finace” proqramı Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını nəzərdə tutan 45 milyard dollarlıq Cənub Qaz Dəhlizinin İtaliyada “tələyə düşdüyünü” bildirir.

Virtualaz.org xəbər verir ki, proqramda əvvəlcə Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP qaz boru kəmərinin bu günlərdə baş vermiş açılış mərasimi haqda danışılır. Bu mərasimdə bir sıra Avropa ölkələrinin, o cümlədən Ukraynanın yüksək səviyyədə təmsil olunduğu xatırladılır. Mərasim iştirakçılarının sayı və müxtəlifliyi Avropanın Rusiya qazından asılılığı azaltmaq üçün alternativlər axtarmaq məcburiyyətində olması ilə izah edilir.

“Lakin İtaliyada yeni hökumət seçkiləri on ildir artıq həll edilmiş sayılan strateji energetika kartında dəyişikliyə səbəb oldu. Cənub Qaz Dəhlizi TANAP-la birləşdirilməli olan TAP kəməri vasitəsi ilə Azərbaycan qazını Avropaya nəql etməlidir. Ancaq İtaliyada koalision hökuməti formalaşdıran “Beş Ulduz Hərəkatı” və “Şimal Liqası” bu məsələdə müəyyən qeyri-müəyyənlik yaradıblar. Hökumətin ətraf mühit naziri Serjo Kosta TP layihəsini “mənasız” adlandırıb və bu layihəyə yenidən baxacaqlarını açıqlayıb. Bundan başqa qaz istehlakının azalması əlavə qaz kəməri çəkməyin əleyhinə olan daha bir arqumentdir. İtaliya qaza olan tələbatının 90 faizini Rusiyadan, Əlcəzairdən və Hollandiyadan təmin edir, digər imkanlar da var”-proqramda deyilir.

“Vesti Finance” xatırladır ki, TAP kəməri ilə bağlı ekoloji problemlər də var. “Beş Ulduz Hərəkatı” partiyası “yaşıl” siyasi proqramla çıxış edir. Yeni nazir Barbara Letsi bildirib ki, hökumət TAP layihəsinin ekologiya üçün təhlükə törətdiyini düşünür, xüsusən də İtaliyada qaz bolluğu nəzərə alınarsa. Hərçənd Apuliya bölgəsinin qubernatoru TAP-ın tikintisinə qarşı çıxmır, amma kəmərin marşrutunun dəyişdirilməsinə və turizm bölgəsindən uzaqlaşdırılmasına çağırır.

TAP konsorsiumu isə bildirir ki, kəmərin İtaliyadan keçən hissəsinin marşrutunun dəyişdirilməsi mümkün deyil. Çünki bu layihəni 4-5 il geriyə atacaq. “Ancaq analitiklər hesab edirlər ki, alternativ var: Balkanlardan keçən mövcud tranzit magistrallarının profilləri dəyişdirilə və əlavə birləşmələrlə Cənub-Şərqi və Şərqi Avropaya qaz nəqli asanlaşdırıla bilər”, - proqramda Rusiya kəmərlərinin TAP-ı əvəzləməyə hazır olduğuna eyhamla belə deyilir.