vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
09:05 | 18 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 2383 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xəbəri verən şəxsdə videosübutlar var...»

«Elşad Abdullayev sərhəddə saxlanılanda çox həyəcanlı idi...»

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftə ölkə mediası ABU-nun sabiq rektoru Elşad Abdullayevin Paris aeroportunda saxlanması ilə bağlı məlumat yaydı. Məlumatın mənbəyi «Təzadlar» qəzeti idi və xəbərin yayılmasından dərhal sonra E.Abdullayev yolladığı məktubda bu məlumatı təkzib etdi. Onun yazdığına görə, bu xəbəri yayan qəzet və nəşrə yaxınlığı ilə seçilən vəkil Ramiz Zeynalov ona qarşı qərəzləri ilə seçildikləri üçün belə ediblər.

Xəbəri yayan qəzetin baş redaktoru Asif Mərzili isə yazdıqlarının arxasında dayanır. «Yeni Müsavat»a açıqlamasında baş redaktor dedi ki, sözügedən xəbər qəzetin internet ünvanına göndərilib: «Mən həmin vaxt rayonda olsam da, qəzetə nəzarət edirdim. Redaksiyadan mənə bildirdilər ki, ünvana gələn bu məktubda ingilis şriftləri azərbaycanlaşdırılıb. Əməkdaşlara bildirdim ki, özünə məktub yazın, xəbərlə bağlı rəyini öyrənin. Jurnalistlər də məktub yazıblar. Fransa ilə Azərbaycan arasında saat fərqi olsa da, müəyyən müddət Elşad Abdullayevdən cavab gözləyiblər. Amma cavab gəlməyib. Yazının sonunda da qeyd etdik ki, ona müraciət etmişik, amma müraciətə hər hansı cavab yoxdur».

Müsahibimizin sözlərinə görə, çoxdandır susqunluq nümayiş etdirən E.Abdullayevin bu xəbərdən sonra dilə gəlib danışması da yaxşı haldır. «Allaha şükür ki, onu yenidən gündəmə gətirdilər» deyə istehza edən A.Mərzili bütün hallarda E.Abdullayevi dinləməyə hazır olduqlarını vurğuladı: «Mən bir daha deyirəm ki, o məktubda Elşad Abdullayevin tutulması yazılmamışdı. Yazılmışdı ki, saxlanılıb. İsveçdən Parisə qayıdanda sərhəddə onu saxlamışdılar. O, diqqəti başqa məsələyə yönləndirir. Niyə demir ki, Cinayət Məcəlləsinin 4 maddəsi ilə axtarışa verilib və İnterpolun da axtarılanlar siyahısındadır? Özünün saxlanılmalı olduğunu niyə dilə gətirmir? Bizim informasiyada o da vardı ki, Baş Prokurorluq onu saxlamadığı müddətcə hamını məhkəməyə verəcək».

A.Mərzili dedi ki, E.Abdullayev təkzibində vəkil Ramiz Zeynalovun da adını hallandırıb və xəbərin yayılmasında onun da rolu olduğunu qeyd edib. Onun sözlərinə görə, vəkilin bu informasiyadan qəti xəbəri yoxdur. Çünki 1 aydır aralarında heç bir telefon əlaqəsi  yoxdur: «O, məktubunda yazıb ki, guya biz Zakir Qaralovun mirzələriyik. Nə Ramiz müəllim, nə də biz heç kimin mirzəsi olmamışıq ömür boyu. O elə başa düşür ki, kimisə sərhəddə saxlayırlarsa, bu, bizdəki kimi 3 ay saxlanılma deməkdir. Xarici ölkələrdə sərhəddə saxlayırlar, bəzi qurumlarla məsləhətləşirlər. Sonra 3 gündən 7 günə qədər ədliyyə polisinə təhvil verirlər. Görünür, onlar Elşad Abdullayevi sadəcə saxlayıblar, amma barəsində qərar verib tutmayıblar».

Baş redaktor dedi ki, E.Abdullayevi İsveçrədən Fransaya qayıdanda saxlayıblar: «Mənbəmizin bildirdiyinə görə, Elşad Abdullayev həyəcanlı olub. Bunu bildirən mənbə azərbaycanlıdır, özünü də tanıyırıq. Anonim şəxs deyil. Mənbə də yerindədir. Prinsipial olsa, bəlkə o adam telefonla da çəkib. Bunu da göstərə bilərik».