vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
23:26 | 26 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 1335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran yenə qaynayır

Dollar bahalaşdı, qiymətlər kəskin artdı, xalq küçələrə çıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda paytaxt Tehran da daxil olmaqla bir çox şəhərdə iqtisadi vəziyyətə etiraz olaraq kütləvi aksiyalar başlayıb.

Yerli KİV bildirir ki, etirazçılar “Diktatora ölüm” şüarları ilə parlament binasına doğru yürüməyə cəhd ediblər. İran polisi etirazçılara gözyaşardıcı qazla müdaxilə edib. Polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Xatırladaq ki, İranın milli valyutası riyal devalvasiyaya uğrayıb, nəticədə dollar 4 min tüməndən 7 min 500 tümənə qədər yüksəlib. Məhz bundan sonra etiraz aksiyaları başlayıb.

İranın ali dini liderinin hərbi müşaviri, general Yahya Rahim Səfəvi baş verənlərə görə hökuməti və prezidenti Həsən Ruhanini ittiham edib.

O, “hökumət olmasa, ölkə daha rahat şəkildə idarə edilir”, - deyə qeyd edib.