vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
23:59 | 26 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 1861 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyadan Sərkisyana daha bir zərbə

Karapetyan respublikaçıların sıralarından çıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın sabiq baş naziri Karen Karapetyan Serj Sərkisyanın sədri olduğu Respublikaçılar Partiyası sədrinin birinci müavini postunu tərk edərək istefa verib.

Yerli KİV bildirir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Respublikaçılar Partiyasının üzvü Eduard Şarmazanov xəbər verib.

Onun sözlərinə görə, Karapetyan partiyanın İcraiyyə orqanının iclasında istefa ərizəsini təqdim edib. “Karen Karapetyan kifayət qədər yetkin siyasi xadimdir. Hansı vəzifəni tutacağına özü qərar verir. Karapetyan yeni siyasi reallıqlardan çıxış edərək bu vəzifədən getdi. Həmçinin, Karapetyan hesab edir ki, hazırkı siyasi proseslərdə o qədər də aktiv deyil və bu səbəbdən də, partiyada belə yüksək postda qalmağının ədalətli olmadığını düşünür", - deyə Şarmazanov vurğulayıb.

Bununla belə, o, Karapetyanın Respublikaçılar Partiyasının sıralarını da tərk edəcəyilə bağlı hələ ki, heç bir söhbətin getmədiyini açıqlayıb. Sabiq baş nazirin bundan sonrakı fəaliyyəti və yeni partiya yaradıb-yaratmayacağı barədə isə Şarmazanov məlumatsız olduğunu deyib. Onu da bildirib ki, Serj Sərkisyanın Karapetyanı əvəzləyəcək yeni müavini partiya Şurasının növbəti iclasında seçiləcək.

Qeyd edək ki, Karen Karapetyan baş nazir təyin edildikdən 2 ay sonra – 2016-cı ilin 24 noyabrında o zamankı hakim Respublikaçılar Partiyasına üzv olmaq üçün müraciət etmişdi.