vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
12:23 | 27 iyun 2018 | Çərşənbə Məqaləyə 2500 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Klublar PFL-dən narazıdır...

... Bu qurum isə Qurbanovu gözləyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Hamı narazıdır. Klublardan heç biri yay hazırlıq planını müəyyənləşdirə bilmir. Düzdü, heç kim səsini çıxarmır, yalnız qeyri-rəsmi söhbətlərdə nə isə deyirlər.

Səbəb sadədir. Peşəkar Futbol Liqası (PFL) yeni mövsümün start vaxtını açıqlamır. Bu səbəbdən klublar da çətinə düşüblər. Mövsümün başlama tarixi dəqiqləşməli, hazırlıqlar həmin vaxta hesablanmalıdır. Hamı PFL-i, bu qurum da milli komandanın məşqçilərini gözləyir. Çünki Qurban Qurbanov Millətlər Liqası üçün planını təqdim etməli, həmin vaxta kimi futbolçuların oyun praktikası naminə neçə tura çıxmasını istədiyini bildirməlidir.

Qurbanovun başı milli komandaların oyunlarına, eyni zamanda baş məşqçisi olduğu “Qarabağ”ın problemlərinə qarışıb. Transferlər, avrokuboklara hazırlıq planı müəyyənləşdirilir. PFL gözlədilir, bundan isə dolayı yolla digər klublar əziyyət çəkir.

Hələlik hamı xəlvətdə deyinir, lakin tezliklə narazılıqlar aşkar dilə gətiriləcək. İrəlidə görəcək günlərimiz var...