vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
14:12 | 27 iyun 2018 | Çərşənbə Məqaləyə 1452 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İstisna edilmir ki, ...”

İlham Əliyev danışıqları Sərkisyanla aparmaq istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə Ermənistan prezidenti Armen Sərkisyan böyük beynəlxalq turnedə olub. Ad gününü Britaniyada qeyd edib ki, burada onun kral ailəsi ilə görüşləri planlaşdırılırdı.

Virtualaz.org “tert.am” portalına istinadən xəbər verir ki, Britaniyadan sonra Ermənistan dövlətinin başçısı Fransaya və ABŞ-a yollanacaq.

Armen Sarkisyanın yaxın ətrafına istinadla mənbə qeyd edir ki, xarici turnedə məqsəd Ermənistana investisiyaların cəlb edilməsidir.

Tezliklə həmin məqsədlə onun Rusiyaya səfəri də nəzərdə tutulur.

Bəzi məlumatlara əsasən, prezident İlham Əliyev və Armen Sərkisyan keçmişdə təsadüfən bir yerdə dincəldikləri məkanda ünsiyyətdə olmağa imkan tapıblar.

“İstisna edilmir ki, Əliyev Rusiyaya məhz A.Sərkisyanla danışıqlar aparmağa hazır olduğunu bildirib və ola bilsin ki, Minsk Qrupunun həmsədr ölkələri də buna etiraz etməyəcəklər”, - tert.am-ın mənbəyi vurğulayır.

Armen Sərkisyan 2001-2013-cü illərdə Azərbaycanla sıx əlaqələri olan “British Petroleum” beynəlxalq şirkətində müşavir vəzifəsində çalışıb.