vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9292 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1461 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3157 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
15:09 | 27 iyun 2018 | Çərşənbə Məqaləyə 518 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Prima T8”in 9 min ton yükdaşıma gücü var

Azərbaycan üçün istehsal edilmiş lokomotiv təqdim edildi

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 25-də Qazaxıstanın “Astana” xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodunda “Alstom Transportation S.A.” şirkətinin Azərbaycan üçün istehsal etdiyi ilk yük lokomotivinin – “Prima T8”in (AZ8A) təqdimat mərasimi keçirilib.

Vaxt.az-a “Azərbaycan Dəmir Yolları”ndan verilən məlumata görə, təqdimat mərasimində Azərbaycan və Qazaxıstan dəmir yollarının, “Alstom Transportation S.A.” şirkətinin, eləcə də  Azərbaycan və Qazaxıstan kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarına “Alstom Transportation S.A.” şirkətinin fəaliyyəti barədə video-çarx təqdim olunub. “Alstom”un Qərbi və Mərkəzi Asiya klasterinin idarəedici direktoru  Bernar Pey şirkətin fəaliyyəti haqda ətraflı məlumat verib.

Astanadakı elektrovoz qayırma zavodunun baş direktoru Jülyen Nodi zavodun fəaliyyəti haqqında məlumat verib.

Təqdimetmə mərasimində “Alstom Transportation S.A.” şirkətinin Yaxın Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Didye Pfleger çıxış edərək, Prima T8 (AZ8A) lokomotivinin üstünlüklərindən danışıb. Sonra lokomotiv tədbir iştirakçılarına təqdim olunub.

Təqdimetmə mərasiminin iştirakçıları üçün “EXPO-2017” Beynəlxalq sərgisinin muzeyi, eləcə də Qazaxıstanın Milli muzeyinə ekskursiyalar da təşkil olunacaq.

“Prima T8” (AZ8A) Qazaxıstanda istehsal olunan və Azərbaycanın dəmir yollarında istifadə ediləcək dünyanın ən güclü lokomotivlərindən biridir və elektrikləşdirilmiş dəmir yollarında yüksək effektli dartı maşınları arasında liderdir. Bu lokomotiv yüklərin uzun məsafələrə daşınması zamanı maksimal rahatlıq və təhlükəsizliyi təmin edir. Saatda 120 km-ə qədər sürətlə hərəkət edə bilən “Prima T8” (AZ8A) lokomotivi 9000 tona qədər yükdaşıma qabiliyyətinə malikdir.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom Transportation S.A.” şirkəti arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən, ADY “QSC” Alstom şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən yük lokomotivinin almasını planlaşdırır. Bu lokomotivlərdən 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *