vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
15:45 | 27 iyun 2018 | Çərşənbə Məqaləyə 1904 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Deyirdi prezident olacam”

Sərkisyanın baş cangüdəninin oğlu silah alverçisiymiş

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda keçmiş prezident Serj Sərkisyanın mühafizə xidmətinin keçmiş rəhbəri, bu günlərdə bankdan milyonlarla dollar çıxararkən həbs edilmiş Vaçaqan Kazaryanın oğlu silah alveri ilə məşğul imiş. Virtualaz.org xəbər verir ki, bunu “Rosbalt”a müsahibəsində erməni siyasətçi və ictimai xadim Boris Avakyan deyib.

“Heç kimə sirr deyil ki, Vaçaqan Kazaryan Dövlət Gəlirləri Komitəsini, hansı ki, bura gömrük və vergi xidmətləri də daxildir, tamamilə nəzarət altında saxlayırdı. Habelə onun Mərkəzi Bank üzərində böyük təsiri vardı. İndi belə görünür ki, o kölgə biznes-sxemlərinə himayəçilikdən əldə etdiyi pulları ölkədən çıxarmaq istəyirmiş. Kazaryandan tapılan pulların məbləği məni qətiyyən təəccübləndirmir. Hətta onun oğlu mənimlə tanış olan vaxtlarda, özü də şahidlərin yanında deyirdi ki, silah alveri ilə məşğuldur və Serj Sərkisyandan sonra Ermənistanın növbəti prezidenti olacaq. Vaçaqan Kazaryanın arzusunun səviyyəsindən çıxış edərək onun özünün ambisiyaları haqda fikir yürütmək olar”, - erməni siyasətçi deyib.