vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
CƏMİYYƏT  
14:06 | 2 iyul 2018 | Bazar ertəsi Məqaləyə 2044 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gəlincikli gəlin

Yaxud rus kəndində “ulduz” toyu

Deməli, kişilər qara şişburun ayaqqabı ilə ağ corab geyindikləri vaxtlarda dostlarla yığışıb getdik Rusiyada yeniyetmələrin lagerinə. Orada bir hadisə oldu, o zaddan “qaynatdıq” və bizi qovdular ki, basın bayıra.

Və qaldıq evsiz-eşiksiz. Düşündük ki, bəs nə edək? Turizm mövsümü, olduğundan heç yerdə boş ev yox idi. Getdik yaxınlıqda yerləşən kəndə ki, kirayə ev tutub, yay tətilimizi başa vuraq.

Uzun sözün qısası, Evləri ağacdan, sakinlərinin üzlərindən kasıbçılıq yağan ucqar bir kəndin yeganə yolundan maşın keçəndə toz 3 gün çəkilmir. Qaloşsuz gəzən oğlanlar ədəbaz sayılırlar. Və birdən biz, baklı majorlar, “yuqoslavski krassovka”da, dərhal olduq xalq düşməni.

Nə isə, daxmaya oxşayan bir ev tutduq. Fikirləşdik ki, yerli ictimaiyyətlə əlaqələr qurmasaq bizi sağ buraxmazlar. Başladıq piar kampaniya aparmağa. Ona bir araq, buna bir çaxır, avtoritetləri kababa qonaq çağırmaq və s. Bütün bu özfəaliyyətdən sonra kənd cahılları bizimlə oldular “brat”.

Bir gün bir nəfər gəldi ki, “bəs sabah qardaşımızın toyudur, siz də dəvətlisiniz”. Uzun sözü qısası, səhər durduq, çaydan iki vedrə su gətirib yuyunduq, geyinib-keçinib, odekolonlanıb getdik toya. Özümüzdə fikirləşirik ki, bütün tarla qızları bizimdi. Amma yerli oğlanlar susur, dəyib dolaşan yoxdur, Avtoritetlərlə duz-çörək kəsmişik axı.

Xülasə, gəldik toya. Oğlan tərəfin evində, böyük həyətdə, bir tərəfdə çay, bir tərəfdə meşə... Stollarda duzlu xiyar, qaynadılmış kartof, 3 litrlik “samoqon” butulkaları düzülüb. Bir sözlə “kayf”.

Bəy oturub ağ köynəkdə. Gəlin yerli salonda makyaj edilib. Qaşlar kömürlə, yanaqlar çuğundurla, ləbləri çiyələklə rənglənib. Qlamur jurnalların yeri görünür. Məclisdə əyləşən kimi, başladı vur çatlasın.

Yeyib-içdikcə, şənliyin “qradusu” artır. Kimi qarmon çalır, başqası oynayır. Yəni hər şey qayda-qanunla keçir. Dava-şava, birini bıçaqladılar, digərinin üz-gözünü partlatdılar. Qızın anası da oğlanın əmisi ilə keçdi meşəyə. Yəni toy yaxşı keçir, hamı əylənir, şənbə günüdür, səhərəcən vurmaq olar.

Əslində, kənd onsuz da gündə “vuran” kənddir. Sadəcə toy olanda daha ürəkdən içirsən. Biz də qoşulmuşuq bunlara, arada mahnı zad da oxuyuruq ki, “küçələrə su səpmişəm, yar gələndə toz olmasın”, dostum da mahnının sözlərini sinxron tərcümə elədi. Bunlar da sevinir ki, hə, biz də elə edirik yar gələndə, amma xeyri yoxdur, axırda palçıq olur.

Yəni, dediyim odur ki, hamı sevinir, hamının kefi kök. Braziliya karnavalı bu toyun qələt edir. Bəy isə sağ olsun, heç kimi incitmədi. 2 litrdən sonra başını stola qoyub yatdı. Qızın atası isə dalbadal tostlar deyir, biz də buna kinayə ilə baxırıq ki, “zalım oğlu, get arvadına yiyə dur”.

Və bəy 10-cu yuxusuna təzəcə görməyə başlayırdı ki, qonaqların biri ayağa qalxıb çığırdı ki, “Qorka!”

Bilirsiniz də, bunlarda belə adət var, ər-arvad öpüşəndə hamı gərək baxıb əl çalsın, Başqa cür alınmır cavanlarda. Hamı başladı qışqırmağa, biz də qoşulmuşuq “Qorka! Qorka!”. Birdən baxdıq ki, bəs gəlin yoxdur. Hanı gəlin? Adə tapa bilmirik. Bəy də sakitcə yatıb.

Birdən kimsə dedi ki, “navernoye ona k Serqeyu paşla”. O birisi dedi ki, “net, ona v pasledneye vremya s İvanom krutilas, navernoye k nemu paşla”. Biz gördük ki, sən demə gəlinimizin yerli kişi icması qarşısında unudulmaz xidmətləri var. Çox populiyardı. Sevindik ki, ulduz toyunda iştirak edirik.

Uzun sözün qısası, aləm dəydi bir birinə. Evlərə adamlar göndərildi, meşədə axtarış aparıldı. Hamının arvadı orada tapıldı, yatan bu bədbəxt bəyin gəlini tapılmadı.

Nə isə, çox başınızı ağrıtmayacam. Qızın anasını meşədən dartıb gətirirlər ki, nə məsələdir, hanı qızın?! Bu da nümayəndə heyəti ilə birgə gedir evinə. Evə girəndə görürlər gəlin uşaqlıq gəlinciyini qucaqlayıb, şirin-şirin yatıb. Amma sözüm onda yox.

Nəyi soruşacaqdım. O düz söhbətdir ki, artıq bizim toylarda da öpüşmək olar?