vaxtlı-vaxtında oxuyun! Cümə, 21 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
14:26 | 2 iyul 2018 | Bazar ertəsi Məqaləyə 619 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni əsgər anasının fəryadı

Arus Martirosyan: “Ordumuzda vəhşilik və cinayətkarlıq hökm sürür”

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə polis cərgəsini keçərək Ermənistanın Hökumət evinin girişinə yaxınlaşa bilmiş qadın tələb edib ki, onun yeni dövlət başçısı Nikol Paşinyan qəbul etsin. Hakimiyyətin qanunsuzluqları və sadə vətəndaşların hüquqsuzluğu əleyhinə təkbaşına etiraz aksiyasından jurnalistlərin qeydə aldığı video sosial şəbəkələrdə yerləşdirilib.

Məlum olub ki, etiraz edən qadın – Arus Martirosyan Mardakertdə (Ağdərədə - red.) xidmət edən əsgərin anasıdır. Hökumət binasının qarşısında duraraq, o deyib ki, nəyə görəsə, oliqarx Qaqo Tsarukyanın əlaltıları onun ailəsini və oğlunu son həddə çatdırıblar.

Onun üç uşağından birini məktəbdən qovublar, qızını isə institutdan xaric ediblər. Böyük oğlunu əsgərliyə Qarabağa yollayıblar və qarşı tərəfin gülləsindən ölmək təhlükəsi bir yana, əsgəri orada olmazın dərəcədə alçaldırlar.

“Mən hətta Mardakertə (Ağdərə) getdim və orda mağazaya işə düzəldim ki, oğluma yaxın olum, lakin ona heç nə ilə kömək edə bilmədim. Onu orada döyürlər və hətta öldürmək istəyiblər. Paşinyan, - qadın çığırır. – məni dinlə və aydınlaşdır ki, ailəmi artıq iki ildir ki, niyə hədəfə alıblar. Mühafizə rəisi Qaqo hədə-qorxu gəlirdi ki, məni məhv edəcək. Abovyan şəhərinin polisinə müraciət etdikdə isə mənə yalnız güldülər. Bəs hardadır qanun?! Bu ölkədə heç bir qanun yoxdur, sadə insanların hüquqları yoxdur. Adi həyatda qarışıqlıqdır, ordu isə bundan da pisdir – vəhşilik və cənayətkarlıq baş alıb gedir. Orada ancaq kasıbların uşaqları xidmət edir. Siz heç bu əclaf rəhbərlərin oğlu olan əsgər görmüşünüz? Paşinyan, bəlkə sən nəyisə dəyişəsən, kömək edəsən!”

Əlbəttə ki, Paşinyan vətəndaş Arus Martirosyanın çağırışı ilə küçəyə çıxmadı. Onu baş nazirin müşaviri Nairi Sərkisyan qəbul etdi. Onların söhbəti və görülmüş tədbirlər haqqında məlumat verilmir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *