vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MEDİA-QHT  
11:11 | 18 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 2083 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlik cərimələdi

Bəzi təşkilatlar sənədlərini təqdim etməyi yubadıblar

MÖVZU İLƏ ƏLAQƏLİ

2013-cü il ərzində qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Ədliyyə Nazirliyinə təqdim etməmiş qeyri-kommersiya təşkilatlarının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı tədbirlər görülüb.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 223-1.1-ci maddəsinə əsasən, qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə (1 ay) Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə cərimə müəyyən olunub.

Ölkə prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli fərmanı ilə təsdiq edilmiş «Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydaları»nın 2.1-ci bəndinə zidd olaraq qrant alınması haqqında müqavilənin (qərarın) surətinin qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etmədiyinə görə ötən il ərzində 3 inzibati tənbeh verilmə haqqında qərar qəbul edilib. Tətbiq edilmiş intizam tənbehi nəticəsində ümumilikdə 7000  manat məbləğində cərimə olunub.