vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AKTUAL  
11:56 | 7 iyul 2018 | Şənbə Məqaləyə 2141 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şabrandakı dəvə fermaları hansı məmurundur?..

Ölkədəki 222 hürgüclü cütdırnaqlının 81-i dövlətə məxsusdur

Qafar AĞAYEV

İyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan SES-də baş vermiş qəzadan sonra “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin personası gündəmi zəbt edib. “Azərenerji” sədrinin adı ətrafında açılan müzakirələrdə onun rəsmi işi, əlaqələri, qeyri-qanuni biznesi, əmlakı təftiş olunur, müxtəlif iddialar səsləndirilir.

Məsələn, sosial şəbəkələrdə qeyd olunur ki, Etibar Pirverdiyev Şabran rayonu ərazisində dəvə fermaları yaradıb…

Maraqlı iddiadır... Modern.az-ın əməkdaşı Şabranda dəvə fermalarının yaradıldığını dəqiqləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyilə əlaqə saxlayıb.

Nazirliyin Heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin sektor müdiri Şaiq Əzimov deyib ki, 2018-ci il 1 yanvar tarixinə qədər olan statistik məlumatlara görə, ölkə ərazisində 222 baş dəvə var.

 “Bu dəvələrdən 81-i  Abşeronda, 50-si Sabirabadda, 13-ü Hacıqabulda, 67-si Cəlilabadda, 24-ü Naxçıvanda və 7-si isə Kürdəmirdədir. Yalnız Abşerondakı dəvəçilik ferması dövlətə məxsusdur, digərləri isə sahibkarlarındı”.

Nazirlik rəsmisi Şabranda hər hansı dəvəçilik təsərrüfatının yaradıldığı barədə məlumata malik olmadığın söyləyib...