vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
15:19 | 7 iyul 2018 | Şənbə Məqaləyə 2206 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mollaların “Babək qalası” qorxusu qalır

Fars rejimi 50-dən çox Güney Azərbaycanlı fəalı həbs edib

İran İslam Respublikasında saxlanılan azərbaycanlı fəalların sayı 50-ni ötüb. Yerli KİV bildirir ki, təhlükəsizlik qüvvələri Şərqi Azərbaycan ostanının Kəlibər şəhəri yaxınlığındakı “Babək qalası” ətrafına toplaşan onlarla insanı həbs edib.

Saxlanılanlar sırasında Həmid Şəfiq, Mehdi Qolabi, Firuz Müəyyəni, Məhəmməd Haqpur, Davud Əzimzadə, Behrad Xudayari kimi tanınmış simalar da var.

Həmçinin Ərdəbil şəhərində alim Abbas İrşadifər saxlanılıb.

Qeyd edək ki, artıq uzun illərdir etnik azərbaycanlılar türk eyniliyinin rəmzi sayılan “Babək qalası” ətrafından iyulda bir araya gəlirlər.

Son illər bu görüşləri İran təhlükəsizlik qüvvələrinin təzyiqi səbəbi ilə keçirmək mümkün olmur.