vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
MEDİA-QHT  
21:30 | 18 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 3237 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xədicə İsmayıl buraxıldı

Ancaq yenidən qayıdacaq

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Xədicə İsmayıl bu saatlarda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin binasını tərk edib. Jurnalistin özünün bildirdiyinə görə, dindirilmə hələ sona çatmayıb. Jurnalist sabah saat 11:00-da yenidən idarəyə qayıdıb yenidən sualları cavablandıracaq.

*** 

Araşdırmaçı jurnalist Xədicə İsmayılova vəkili Rəşid Hacılı ilə bu dəqiqələrdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə daxil olub. Jurnalist facebook profilində yaydığı bir sənədin foto-surəti ilə bağlı şahid qismində dindiriləcək. Baş Prokurorluq Xədicə İsmayılovanın yaydığı sənədlə bağlı məsələyə aydınlıq gətirib.

«Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi «Facebook» səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib», - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Azadlıq qəzetinin saytı yazıb ki, hazırda baş prokurorluğun qarşısında bir qrup ictimai fəal və jurnalist var.