vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
12:23 | 6 avqust 2018 | Bazar ertəsi Məqaləyə 2095 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Son saatlarda İrana uçan 5 təyyarə...

Tehrana tətbiq ediləcək qarşı sanksiyalar nüvə sövdələşməsinə qədər qüvvədəkilərdən daha sərt olacaq

ABŞ-ın sanksiyalarının təkrar qüvvəyə minməsinə cəmi bir neçə saat qalmış İran Avropadan daha 5 ATR sərnişin təyyarəsi almağa imkan tapıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, turbovintli təyyarələr bazar günü Fransanın Tuluza şəhərindəki zavodu tərk ediblər və ABŞ-ın sanksiyalarının qüvvəyə minməsinə saatlar qalmış İranın şimal-qərbindəki Urmiyə şəhərinə eniblər. Qısa dayanacaqdan sonra təyyarələr Tehranın Mehabad aeroportuna uçub. Bununla da İran Avropadan sanksiyaların yenidən qüvvəyə minməsinə qədər cəmi 13 ATR təyyarəsi almağa imkan tapıb. Hərçənd bu İranın köhnəlmiş aviaparkını yeniləmək üçün olduqca azdır.

2015-ci ildə nüvə razılaşması nəticəsində İrana qarşı sanksiyaların götürülməsindən sonra Tehranın birinci işi köhnəlmiş, istismar müddətini çoxdan başa vurmuş sərnişin təyyarələrini Qərbin aparıcı korporasiyalarının istehsalı olan təyyarələrlə yeniləmək üçün müqavilələr bağlamaq olub. İran “Boeing” və “Airbus” korporasiyaları ilə yüzlərlə müxtəlif tipli təyyarələrin alınması üçün anlaşmalar əldə edib. O cümlədən ötən ilin aprelində Fransa-İtaliya şirkəti ilə cəmi 400 milyon dollara 20 ATR təyyarəsinin alınmasına dair müqavilə bağlayıb.

Lakin müqavilə ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsindən sonra qüvvədən düşüb. Buna baxmayaraq İran həmin vaxta qədər 8 ATR təyyarəsini almağa imkan tapmışdı. Ötən həftə Fransanın maliyyə naziri Bruno Le Meyr bildirib ki, onlar ABŞ-ın sanksiyalara qədər İrana daha 5 təyyarə göndərməsinə razılıq verəcəyinə ümid edir.

“Boeing” şirkəti isə hələ aylar əvvəl ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxacağı haqda xəbərlərə görə Tehranla anlaşmanı ləğv etmişdi. “Airbus” şirkəti isə İrana cəmi 3 təyyarə satdıqdan sonra müqaviləni dayandırıb.

Bildirilir ki, “İran Air” şirkəti kiçiktutumlu ATR təyyarələrindən ibarət donanmasını Xəzər sahilindəki Rəşt şəhəri aeroportunda yerləşdirəcək. Bu təyyarələr Təbriz və Məşhəd şəhərlərinə, habelə Bakıya gündəlik reyslər üçün istifadə olunacaq.

İrana qarşı sanksiyaların birinci dalğası bu gün qüvvəyə minib. Bura İranın dollar bazarına çıxışının dayandırılması, habelə ölkənin qızıl və digər qiymətli metallarla ticarət aparmasına qadağa qoyulması daxildir. Noyabrda başlayacaq ikinci dalğada isə İrandan neft idxalına sərt məhdudiyyətlər tətbiq ediləcək.

 

***

 

08:36

Bu gündən etibarən ABŞ İrana qarşı 2015-ci ildə əldə edilmiş nüvə razılaşmasına qədər qüvvədə olan sanksiyaları bərpa edib. Virtualaz.org xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo elan edib. ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi bu ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq nümayişlərin davam etməkdə olduğu bir vaxtda baş verir. Dövlət katibi bəyan edib ki, sanksiyalar daha da sərtləşdiriləcək.

Mayk Pompeo ABŞ-ın İrana qarşı sanksiyaların tətbiqinə ciddi nəzarət edəcəyini bildirib. Dövlət katibinin sözlərinə görə, Tehrana qarşı hətta nüvə sövdələşməsinə qədər qüvvədə olan sanksiyalardan daha sərt sanksiyalar tətbiq edilə bilər. Pompeo situasiyanın yaxşılaşması üçün başlıca şərti açıqlayıb, deyib ki, İran özünün siyasi kursunu dəyişməli və “normal ölkəyə” çevrilməlidir. Yalnız bundan sonra Tehranla dialoq yolu açıla bilər.

ABŞ dövlət katibinin bildirdiyinə görə İran “böyük dəyişikliklərdən” keçməlidir ki, prezident Donald Tramp dialoqun aparılması üçün açıq olsun. Pompeo Trampın İranın özünü “normal ölkə kimi aparmağa” məcbur etmək niyyəti barədə də danışıb.

Mayk Pompeo sanksiyaların nəticələrinə görə məsuliyyətin Tehranın üzərinə düşdüyünü bildirib. “İran xalqı amerikalılardan deyil, öz rəhbərlərindən narazıdır. Bu, sadəcə olaraq İran xalqının öz hakimiyyətindən narazılığıdır. Prezident aydın şəkildə bildirib ki, iran xalqı ona kimin rəhbərlik edə biləcəyi barədə ciddi səs haqqına malik olmalıdır”, - Pompeo bildirib.

ABŞ dövlət katibi İrandakı etirazlara da toxunub və rejimin dinc etirazçılara qarşı zor işlətməsindən ciddi narahatlıq ifadə edib. Deyib ki, ABŞ İranı öz vətəndaşlarının haqlarına hörmət etməyə çağırır.