vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9673 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2346 AZN
Türk lirəsi 1 TRY = 0.2937 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
13:53 | 6 avqust 2018 | Bazar ertəsi Məqaləyə 732 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Çox sərt qərarlar verə bilərik”

Eldar Namazov: “1988-ci ildən bəri Ermənistan bu qədər zəif olmayıb”

Günay RƏSULQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın sabiq prezidenti Robert Köçəryan barəsində həbs qərarının verildiyi məlumdur. Bundan öncə Baş Hərbi İnspektorunun müavini, general-mayor Mikael Arzumanyan vəzifəsindən azad edilib. Ermənistanın digər sabiq prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyan və oğlu Ayk saxlanılıb. Sərkisyanın aqibəti isə bəlli deyil, O, hazırda ölkə xaricindədir və Ermənistana qayıtmağa cəsarət eləmir.

O cümlədən  Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlığı ilə tanınmış general Manvel Qriqoryan da həbs edilərək, zindana atılıb.

Ermənistanda baş verən hadisələr Qarabağ konfliktinin həllinə necə təsir edə bilər?

 

“Paşinyan Qarabağ məsələsində güzəştli mövqe tuta bilməz”

 

Politoloq Eldar Namazov Modern.az saytına açıqlamasında bu məsələ ilə bağlı iki yanaşmanın mövcud olduğunu deyib:

“Bir yanaşma ondan ibarətdir ki, son hakimiyyət dəyişikliyindən sonra “vurulan siyasətçilər”, Azərbaycan torpaqlarının işğalına birbaşa rəhbərlik etmiş “Qarabağ klanı”nın aparıcı üzvləri siyasi səhnədən gedəndən sonra  Ermənistanla hansısa kompromislərə gəlmək daha rahat, asan olar. Ancaq bu yanaşmanın ciddi qüsurları var. Adətən çətin durumda olan hakimiyyət Qarabağ məsələsində daha radikal mövqedən çıxış edir. Paşinyan hakimiyyəti də bu gün çox çətin durumdadır. Əslində o, bir tərəfdən rəqiblərini vurub, digər tərəfdən hələ növbədənkənar parlament seçkiləri keçirilməyənə, hökumətdə tam öz adamlarını yerləşdirməyənə , parlamentdə ona  dəstək verən çoxluğu əldə etməyənə qədər Ermənistanda islahatlar apara bilməyəcək və hansısa sosial hərbi durumu yaxşılaşdırmağa da müvəffəq olmayacaq.  Belə olan halda Paşinyan Qarabağ məsələsində hansısa  güzəştli mövqe tuta bilməz. Əksinə Paşinyan indi əvvəlki hakimiyyətlərdən də daha sərt bəyanatlarla  çıxış edəcək”.

 

“Rusiya ilə Ermənistan arasındakı münasibətlər pisləşir”

 

E.Namazov ikinci yanaşmadan bəhs edərkən qeyd edib ki, vaxtilə torpaqlarımızı itirməyimizin səbəbi Azərbaycandakı qeyri-sabitliklə bağlı idi: “Orta hesabla ildə bir dəfə hakimiyyət dəyişirdik. Atəşkəs əldə olunana qədər, 6 il ərzində - 1988-1994-cü illərdə Azərbaycanda 7 dəfə Ali Baş Komandan dəyişib.  Yəni həm birinci katibləri, həm prezident səlahiyyətlərini icra edən adamları, həm də prezidentləri saysaq, belə nəticə ilə qarşılaşırıq. Belə olan halda müharibə  aparan ölkə qalib gələ bilməzdi. Ermənilər bundan istifadə edərək Azərbaycan torpaqlarını işğal edib. Biz Ermənistanda durumun çətinliyini, daxili böhranın daha da dərinləşdiyini, Rusiya ilə Ermənistan arasında çox ciddi gərginliklərin meydana gəldiyini, bunu aradan qaldırmağın çətin olduğunu görürük. Günü-gündən iki dövlət arasındakı münasibətlər pisləşir. Bu böhran hələ davam edəcək, yaxın aylarda bu, daha da gərginləşəcək. İctimai rəydə Paşinyana olan  dəstək get-gedə azalacaq, onun opponentləri əks hücuma keçəcək. Bu orduya da  öz təsirini göstərəcək”. 



“Azərbaycan ordusu öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir”

 

Müsahibimiz düşünür ki, belə vəziyyətdə Azərbaycan ciddi siyasi qərarlar verməlidir: “Onsuz da generalların həbsi və digər məsələlərlə bağlı Azərbaycanla müqayisədə daha zəif olan Ermənistan ordusunun içərisində parçalanmalar var. Hesab edirəm ki, böhran pik nöqtəyə çatanda Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməli, bu haqda siyasi qərarlar verilməlidir. Çünki 1988-ci ildən bu günə kimi düşmənimiz bu qədər zəif, beynəlxalq dəstəkdən məhrum olmayıb. Belə bir məqamda biz sözsüz ki, çox sərt və  siyasi qərarlar verə bilərik.
Hər halda ermənilərin danışıqlar dövründə dəfələrlə problemi sülh yolu ilə həll etmək imkanı olmuşdu.  25 ildir danışıqların aparılmasına rəğmən, Azərbaycan torpaqları azad olunmayıbsa, o zaman Ordumuz öz üzərinə düşən vəzifəni yerinə yetirib, torpaqları düşməndən təmizləməlidir”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *