vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ENERGETİKA  
20:12 | 18 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 2434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyadan Azərbaycana zərbə

Moskva neftinin daşıma xərclərini artırdı, SOCAR yeni müqavilənin detallarını hələlik açıqlamır

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 18-də SOCAR Rusiyanın «Transneft» şirkəti ilə Xəzər neftinin Bakı-Novorossiysk kəməri ilə daşınması üzrə yeni müqavilə imzalayıb. Bu haqda xəbəri Caspian Barrel SOCAR-dakı qaynaqlardan alıb. Qaynağın verdiyi xəbərə görə, tərəflər danışıqlar əsasında hər iki tərəfi qane edən kommersiya şərtlərini razılaşdırıb.

Musavat.com xəbər verir ki, «Transneft» 2007-ci ilin sentyabrından bu günə qədər Azərbaycan neftini Rusiya ərazisindən hər tonu 15,67 ABŞ dollarına daşıyırdı. Bir müddət öncə isə Rusiya tarifi 2 dəfə artırmaq niyyətində olduğunu açıqlamışdı. Hələlik SOCAR yeni tarif haqqında bilgi vermir.

Yada salaq ki, fevralın 14-də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1996-cı il yanvarın 18-də imzalanan neft daşımaları üzrə hökumətlərarası müqavilənin müddəti bitmişdi. Bu səbəbdən fevralın 15-dən SOCAR Bakı-Novorossiysk kəməri ilə daşıdığı nefti Bakı-Tiflis-Ceyhan kəmərinə yönləndirmişdi.

Onu da vurğulayaq ki, bir sıra ekspertlər SOCAR-ın Bakı-Novorossiysk kəmərindən imtina edəcəyi haqqında proqnozlar səsləndirmişdilər. Ekspertlər bildirirdilər ki, Rusiyanın daşıma xərclərini iki dəfə bahalaşdırması Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil.